Modern.az

Novruz bayramını niyə əvvəlki kimi qeyd etmirik... - VİDEOSORĞU

Novruz bayramını niyə əvvəlki kimi qeyd etmirik... - VİDEOSORĞU

19 Mart 2023, 10:10

İllər ötdükcə sanki bayramlar da yadlaşır, əvvəlki kimi insanlara sevinc gətirmir. Yəqin ki, xatırlayırsınız, əvvəllər Novruz bayramına günlər qalmış insanlar baharın gəlişini qeyd etməyə hazırlaşar, xüsusi təmtəraqla bayram şənliyi keçirərdilər.

 

İndi tamamilə fərqli bir mənzərə ilə rastlaşırıq. Nə bayram əhval-ruhiyyəsi var, nə də şəhərin küçələrini bəzəyən Novruz atributları... 

 

Bəs buna səbəb nədir? Niyə milli bayramımız olan Novruzu keçmişdə olduğu kimi qeyd etmirik?

 

Modern.az şəhər sakinləri arasında sorğu keçirərək bu suallara cavab tapmağa çalışıb.

 

Sorğuda iştirak edən respondentlərin cavabları müxtəlifdir. Bəziləri bayram ab-havasının olmamasını maddi çətinliklə, bəziləri isə regionda və dünyada baş verən siyasi proseslərlə əlaqələndirib. Buna baxmayaraq, bayramı sevinclə qeyd etdiyini deyənlər də olub.

 

Ətraflı videoda:

 

 

Video: Əjdər İbrahimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır