Modern.az

Azərbaycanlılardan Sinan Oğana ÇAĞIRIŞ: Ərdoğanı dəstəkləyin! - VİDEO

Azərbaycanlılardan Sinan Oğana ÇAĞIRIŞ: Ərdoğanı dəstəkləyin! - VİDEO

Reportaj

15 May 2023, 18:30

Azərbaycan vətəndaşları Türkiyədə keçirilən prezident seçkiləri ilə əlaqədar ATA ittifaqının namizədi Sinan Oğana müraciət ünvanlayıb. Qardaş ölkənin taleyini müəyyən edən seçkiləri diqqətlə izləyən soydaşlarımız əslən azərbaycanlı olan Sinan Oğanı ikinci turda hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğana dəstək verməyə çağırıb. 

 

Bildirilib ki, azərbaycanlı siyasətçi erməni işğalçılarına yardım edən, günahsız insanları qətlə yetirən PKK-nın səs verdiyi namizədə deyil, daim Azərbaycanın yanında olan, haqq səsimizi dünyaya çatdıran, Türk dünyasının birliyi uğrunda mübarizə aparan liderə - Ərdoğana dəstək olmalıdır.

 

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci tur mayın 28-də olacaq.

 

İlk turun nəticələrinə əsasən, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,51% səs toplayıb. “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,85%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs qazanıb. Seçkidən əvvəl namizədliyini geri götürən Məmləkət Partiyasının sədri Məhərrəm İncəyə isə seçicilərin 0,44%-i səs verib.

 

İkinci turda Ərdoğan ilə Kılıçdaroğlu yarışacaq. Siyasi fəaliyyətində ilk dəfə yüksək nəticə əldə edən Sinan Oğan ikinci turda hansı namizədi dəstəkləməsinə hələ qərar vermədiyini, tərəflərlə müzakirələrdən sonra mövqeyini açıqlayacağını söyləyib.

 

Ətraflı MediaTürk TV-nin hazırladığı videoda:

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı