Modern.az

Liderlərin sammiti FOTOLARDA

Liderlərin sammiti FOTOLARDA

Reportaj

1 İyun 2023, 23:18

Bu gün Moldovanın paytaxtı Kişineudan təxminən 35 kilometr aralıda yerləşən və şərabları ilə məşhur olan Bulboaka bölgəsindəki Mimi qəsrində 50-yə yaxın dövlət və hökumət başçısı bir araya gəlib.

 

Ukraynadan cəmi 20 kilometr məsafədə yerləşən qəsrdə keçirilən görüşdə Avropanın gələcəyi müzakirə olunub.

 

Avropa Siyasi Birliyinin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Bu siyasi koordinasiya platforması heç bir mövcud təşkilatı, strukturu və ya prosesi əvəz etmir, hazırkı mərhələdə yeni təşkilat, struktur yaratmaq məqsədi daşımır.

 

Bugünkü görüş çərçivəsində həm Ukraynadakı vəziyyət, həm Ermənistan-Azərbaycan münaqişəsi, həm də Kosovanın şimalındakı toqquşmalar müzakirə edilib.

 

Sammitdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib. Beştərəfli görüş pozitiv əhval-ruhiyyədə keçib və növbəti danışıqlar barədə razılıq əldə edilib.

 

Prezident İlham Əliyev, həmçinin ukraynalı həmkarı Volodimir Zelenski ilə də görüşüb. Zelenski yardımlara görə Azərbaycana təşəkkür edib.

 

Liderlərin növbəti sammiti oktyabr ayında İspaniyanın Qrenada şəhərində keçiləcək. 

 

Modern.az sammitdən fotolar təqdim edir.

 

​​​​​​

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı