Modern.az

Bakı sakinləri “Bolt” və “Uber”in qadağan olunmasını istəyir? - VİDEO

Bakı sakinləri “Bolt” və “Uber”in qadağan olunmasını istəyir? - VİDEO

Reportaj

10 İyun 2023, 09:00

Bakıda taksi fəaliyyəti ilə məşğul olan şirkətlərdən narazılıq pik həddə çatıb. Bəzi taksi sürücülərinin sərnişinlərə qarşı qeyri-etik davranışları, narkotik aludəçilərinin işə götürülməsi, yollarda təhlükə saçmaları, eləcə də digər problemlər fonunda “Uber” və “Bolt”dan imtina məsələsi gündəmə gəlib. 

 

Sosial şəbəkələrdə gedən müzakirələrdə Türkiyə praktikası əsas gətirilərək, qardaş ölkədə olduğu kimi Azərbaycanda da qeyri-sağlam rəqabətə yol açan şirkətlərin fəaliyyətinin qadağan olunması təklif edilir.

 

Bəs, paytaxt sakinlərinin təklifə münasibəti necədir? Onlar da belə bir qadağanın tətbiq olunmasını istəyirlər?

 

Modern.az-ın əməkdaşları bu suallara cavab tapmaq üçün şəhərdə sorğu keçirib. Respontentlərin bəziləri xarici taksi şirkətlərinin Azərbaycandan çıxarılmasının tərəfdarı olduğunu, digərləri isə əksini düşündüyünü deyib.

 

Ətraflı məlumat videoda:

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər