Modern.az

"Sehirli xalat" filmindəki Zərifə 49 il sonra - FOTO

"Sehirli xalat" filmindəki Zərifə 49 il sonra - FOTO

2 Avqust 2013, 11:40

Sovet dövrü uşaqlarının pərəstiş etdiyi “Sehirli xalat” filmi indiki yaşlı və orta nəsilin yaxşı yadındadır. Bu gün də milli teleməkanda məmnuniyyətlə nümayiş etdirilən həmin filmə sevə-sevə baxılır. “Sehirli xalat” filminin baş qəhrəmanlar Rəşid və Zərifə gerçək həyatda kimdirlər?

Modern.az saytının məlumatına görə, bir neçə gün öncə “Trend” agentliyi “Sehirli xalat”ın Rəşidini - Azər Qurbanovu - sovet kinematoqrafiyasının uşaq ulduzunu axtarıb tapmış, ondan müsahibə almışdı. Məlum olub ki, aktyor Azər Qurbanov 1992-ci ildən ABŞ-ın Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayır.

Modern.az saytı "Sehirli xalat" filminin digər baş qəhrəmanı - Zərifə obrazının ifaçısı aktrisa Somaz Hətəmovanın  bugünkü fotosunu təqdim edir. "Sehirli xalat" filminin ekran üzü görməsindən düz 49 il sonra Solmaz Hətəmova çox dəyişib, yaşlaşıb.





Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi