Modern.az

Ada dövlətindən Türkiyəyə gələn, Ərdoğandan pasport alan, adını dəyişən VARQAS

Ada dövlətindən Türkiyəyə gələn, Ərdoğandan pasport alan, adını dəyişən VARQAS

4 Sentyabr 2023, 15:36

Türkiyə idmançıları yenə tarix yazdılar. Ay-ulduzlu ölkənin qadın voleybolçuları ötən gecə Brüsseldə keçirilən Avropa çempionatının

finalında Serbiya yığmasını 3:2 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə qızıl medala sahib oldu.

Türkiyə millisinin 4 nömrəli oyunçusu Melisa Varqas isə finaldakı performansıyla matça damğa vuran voleybolçu oldu.


Hazırda Türkiyə mətbuatı, eləcə də dünya mediası "Fənərbaxça" klubunun formasını geyinən Melisa Varqasın adını ay-ulduzlu komanda ilə yanaşı çəkir.

Bəs Melisa Varqas kimdir, əslən haradandır, neçə yaşı var, Türkiyə millisinə neçə düşüb?

Modern.az saytı xəbər verir ki, Avropa çempionatında bütün diqqətləri üzərinə çəkən Melisa Varqas 2021-ci ildə Türkiyə vətəndaşlığını qəbul edib. O, Türkiyə vətəndaşı olduqdan sonra adını Melissadan türkcəyə dəyişib və Melisa olub.



Melisa Vargas 16 oktyabr 1999-cu ildə Kubada anadan olub. Atası həndbolçu olan Varqas 6 yaşında küçədə voleybol oynamağa başlayıb. 8 yaşında artıq məktəb komandasında voleybol oynayıb. Orta məktəbdə “Cienfuegos Cuba” klubunda məşqlərə başlayan Varqas 12 yaşında milli komandaya cəlb olunub.

Məktəb komandasındakı uğurlarına görə o, "Kubanın gələcəyi" hesab olunurdu.

Melisa Varqas istedadı ilə hər kəsin diqqətini çəksə də, Kubadakı qaydalara görə istədiyi klublarla görüşə bilməyib. Onun Polşa, Çexiya, Rusiya kimi ölkələrlə görüşməsinə icazə verilib.

M.Varqas 2014-cü ildə Kubanın qadınlardan ibarət milli voleybol komandasının heyətində İtaliyada keçirilən dünya çempionatında iştirak edib.

2016-17-ci il mövsümündə Çexiyada - “Agel Prostejov” komandasında çıxış edib. Çiynindən zədə alan voleybolçu müalicə üçün ölkəsinə qayıdıb.

Ölkəsindəki müalicə imkanlarından narazı qaldıqdan sonra 2017-ci ildə 4 il müddətinə millidə oynamaqdan kənarlaşdırılıb. Bundan sonra o, öz istəyi ilə İsveçrə komandasına keçib.

M.Varqas İsveçrəyə sığınacaq axtaran şəxs kimi gedib. Bir mövsüm orada oynadıqdan sonra, 2018-ci ildə Türkiyənin "Fənərbaxça" klubuna transfer olub.



O, 2021-ci il aprelin 9-da Türkiyə Respublikasının vətəndaşlığını qəbul edib və türk pasportunu ona Prezident Rəcəb Tayyib Ərdoğan şəxsən təqdim edib.


Melisa Varqas 2022-2023-cü il mövsümündə Çin Liqasında çıxış edən "Tianjin"da oynadıqdan sonra "Fənərbaxça"ya qayıdıb.

2022-2023 voleybol mövsümündə Sultanlar Liqasının final mərhələsində ən yaxşı diaqonal təyinatçısı mükafatına layiq görülüb.

2023-cü ildə idmançı Türkiyənin qadınlardan ibarət milli voleybol komandasına qoşulub.




A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı