Modern.az

Xankəndidə həyəcan - “Qızıl Xaç”ın maşınlarından Türkiyə malları çıxdı - Ermənilər TƏŞVİŞDƏ

Xankəndidə həyəcan - “Qızıl Xaç”ın maşınlarından Türkiyə malları çıxdı - Ermənilər TƏŞVİŞDƏ

19 Sentyabr 2023, 09:25

Xəbər verildiyi kimi, Ermənistan və Azərbaycan arasında gedən uzun müzakirələrdən sonra sentyabrın 18-də - bazar günü Ağdam və Laçın yollarından paralel istifadə etməklə yüklərin Xankəndi şəhərinə çatdırılması təmin edilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) iki avtomobilindən biri Ağdam-Xankəndi, digəri isə Laçın-Xankəndi yolu ilə eyni vaxtda hərəkət edib. Nəticədə Ermənistanın Azərbaycana qarşı “blokada” ittihamlarının heç bir əsası olmadığı bir daha təsdiqlənib.

Modern.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, Ağdam yolu vasitəsilə Xankəndiyə aparılan yük gigiyena vasitələri, Laçın yolu ilə aparılan yük isə undan ibarət olub.

"Azadlıq" radiosunun erməni xidmətinin məlumatında bildirilir ki, Laçın yolu ilə daxil olan yük Ermənistanda  istehsal edilmiş 23 tona yaxın undur.

“Hraparak” qeyd edir ki, ermənilər Ağdam yolu vasitəsilə Xankəndiyə gələn maşınlarda yüklərin sırf Rusiya istehsalı olan məhsullardan ibarət olacağını gözləyirmişlər. Lakin mallar arasında Türkiyədə buraxılan uşaq bezlərinin olması erməniləri həyəcanlandırıb.

Dünən Xankəndidə ermənilər Türkiyə malllarının yandırılmasına çağırış ediblər.

Separatçıların rəhbərliyi isə Ağdam yolu ilə gətirilən Türkiyə mallarının yalnız ekspertizadan sonra paylanacağını elan edib.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri