Modern.az

Arayik Arutyunyan Qarabağdan QAÇIB?..

Arayik Arutyunyan Qarabağdan QAÇIB?..

Reportaj

25 Sentyabr 2023, 14:42

Qarabağdakı erməni separatçılarının keçmiş başçısı Arayik Arutyunyanın hazırda harada olduğu dəqiq məlum deyil.

Modern.az xəbər verir ki, Arutyunyanla bağlı son vaxtlar nə Ermənistan mətbuatı, nə Rusiya KİV-ləri, nə də Qarabağ separatçılarına bağlı internet resursları dəqiq məlumat yayıb.

1 sentyabr tarixində qondarma "Artsax prezidenti” postundan “istefa vermiş” Arutyunyanla bağlı sosial şəbəkələrin erməni seqmentində iki iddiaya rast gəlmək olur: onun Ermənistana qaçdığını idda edənlər də var, Qarabağda gizləndiyini söyləyənlər də.

Bəzi iddialara görə, Arayik Qarabağdakı Rusiya sülhməramlı kontingentinin köməyilə aradan çıxa bilib - yəni Ermənistana qaçıb.  Amma bu məlumatı rəsmi şəkildə təsdiqləyən yoxdur.

Arayik Arutyunyan sonuncu dəfə sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda apardığı antiterror tədbirləri qarşısında təslim olduğunu bəyan edən separatçıların başçıları sırasında görüntülənib.



Həmin görüntüdə o, separatçıların Xankəndidə “ağ bayraq qaldıran” "rəhbərləri”nin yanında yer almışdı. Hansısa bunkerdə çəkilən həmin şəkildə separatçıların digər keçmiş başçıları Arkadi Qukasyan, Bako Saakyan da əks olunub.

A.Arutyunyan Facebook sosial şəbəkəsində də susqunluq nümayiş etdirir. Onun Facebook səhifəsindəki sonuncu məlumat sentyabrın 10-da paylaşılıb.

Xatırladaq ki, 2020-ci ilin oktyabrında A.Arutyunyan barəsində Azərbaycan Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılıb.
Rəsmi Bakı Arayik Arutyunyanı beynəlxalq axtarışa verib.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri