Modern.az

Şəhidlərimizin hərbi rütbələri: polkovnik-leytenantlar, mayorlar, kapitanlar...

Şəhidlərimizin hərbi rütbələri: polkovnik-leytenantlar, mayorlar, kapitanlar...

27 Sentyabr 2023, 11:46

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 19-20 sentyabr 2023-cü il tarixli antiterror tədbirlərində şəhid olmuş hərbi qulluqçuların fotoşəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat açıqlayıb.

Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.

Modern.az rəsmi məlumata istinadən xəbər verir ki, şəhidlərimiz hərbi rütbələr üzrə aşağıdakı saylara bölünür:

Polkovnik-leytenant – 2 nəfər;

Mayor – 4 nəfər;

Kapitan - 6 nəfər;

Baş leytenant – 12 nəfər;

Leytenant – 10 nəfər;

Kiçik leytenant – 6 nəfər;

Baş gizir – 1 nəfər;

Gizir – 21 nəfər;

Kiçik gizir – 2 nəfər;

Baş çavuş – 2 nəfər;

Çavuş – 4 nəfər;

Kiçik çavuş – 14 nəfər;

Əsgər - 108 nəfər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok faktlar - Görün Nəcməddin Sadıkov 29 min pulla nə edib?