Modern.az

\"Kaş ki, sağ qalardılar...\" - Anım Günündən FOTOLAR

\

27 Sentyabr 2023, 15:22

Bu gün 44 günlük möhtəşəm Zəfər tarixinin, Vətən müharibəsinin başladığı gündür. Sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anım günüdür.

 

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir. Ümumilikdə 2908 hərbi qulluqçu şəhid olmuşdur. Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olmuş, 454 mülki vətəndaş yaralanmış, ümumilikdə 13360 yaşayış və qeyri yaşayış sahəsinə, 346 nəqliyyat vasitəsinə ziyan dəymiş, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilmişdir.

İkinci Qarabağ müharibəsi zamanı gözünü itirmiş, Gənc Qazilər İctimai birliyinin sədri Hacı Vəliyev 2-ci Fəxri Xiyabanı ziyarət edib.

 

“Bu gün biz, Ağdərəmizə,  Xocavəndimizə, Xankəndimizə və digər  düşmən tapdağı altında olan torpaqlarımıza  qayıtmağın astanasındayıq. Bu da bizim qəhrəman şəhidlərimizin, döyüşçülərimizin, yaralılarımızın, qəhrəman qardaşlarımızın hesabınadır. Biz  onlar qarşısında baş əyirik. Onları böyüdən valideynlərə də ehtiramımızı bildiririk. Allah xalqımızı, ordumuzu qorusun. İnanırıq ki, yaxın günlərdə  ərazi bütövlüyü tam bərpa ediləcək”.

Şəhid gizir Sübhan Abdurahmanlının anası Mehriban Abdurahmanova da oğlunun məzarını ziyarət edib.

 

“Həmişə deyirdi ki, ana, vaxt gələcək, torpaqlarımızı azad edəcəyik, bayrağımız Şuşada dalğalanacaq.  Doğurdan da Sübhan  böyüyüb, hərbçi oldu, sözünü yerinə yetiridi. 30 il həsrətində olduğumuz torpaqlarımızı    bu məzarlıqda uyuyan oğullar, şəhidlərimiz, qazilərimiz, veteranlarımız azad etdilər. Kaş ki, sağ qalardılar. Amma mən qürur duyuram. Sübhan hər zaman deyirdi ki, “ana mənimlə fəxr et”.

 

Bu gün müharibənin başlayan günüdür. Üç il keçib. Gözləyirdim ki, bəlkə qayıdar. Amma Vətən sağ olsun. Bir daha körpə balalar müharibə görməsin, analar gözü yaşlı qalmasın. Necə ki, Prezidentimizin "Dəmir yumruğu" ətarfında oğullarımız yığışdı. Biz də şəhid anası olaraq Prezidentimizin, Vitse-prezidentimizin yanındayıq. Qürur duyuruq. 30 il həsrətində olduğumuz torpağı 44 günə aldıq. Vətən sağ olsun”.

Şəhid əsgər İsmayıl Mehdiyevin nənəsi Lətafət Mehdiyeva yeganə oğul nəvəsini itirdiyi üçün kədərli olsa da, fəxr hissini də gizlətməyib.

 

“O ailənin tək övladı, mənim də tək oğul nəvəm idi. Cəsur, igid uşaq idi. Vətən sağ olsun. Balamla fəxr edirəm. Prezidentə təşəkkür edirəm. Bütün vətənin başı sağ olsun. Vətən uğrunda şəhid olanlar ucadırlar. Söz tapa bilmirəm”.

1283159

12831731283179

128317212831501283160

1283153

 

 

1283197

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok