Modern.az

DTX-nın həbs etdiyi Arayik Arutyunyan kimdir? - DOSYE

DTX-nın həbs etdiyi Arayik Arutyunyan kimdir? - DOSYE

Reportaj

3 Oktyabr 2023, 21:56

Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007), Bako Saakyan (2007-2020), Arayik Arutyunyan (2020-2023) və “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi”, xunta rejiminin “parlament sədri” David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.


Onlar törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə Azərbaycan qanunları qarşısında cavab verəcəklər.

 
Modern.az mövzunun aktuallığını nəzərə alaraq, separatçıların keçmiş liderlərindən olan Arayik Arutyunyanın dosyesini təqdim edir.
 

A.Arutyunyan 14 dekabr 1973-cü ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub.

 

1990-cı ildə Xankəndi şəhərində fizika-riyaziyyat təmayüllü məktəbi bitirib və elə həmin il Ermənistan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunub.

 

1994–1995-ci illərdə Xankəndi Pedaqoji İnstitutunun iqtisadiyyat fakültəsində təhsil alıb.

 

1996–1998-ci illərdə Xankəndi Pedaqoji İnstitutunun iqtisadçiyyat sahəsi üzrə aspiranturasında təhsil alıb.

 

2013-cü ildə dissertasiya müdafiə edərək texniki elmlər namizədi adını alıb.

 

1992-ci ildə qondarma “Dağlıq Qarabağ respublikası”nın qanunsuz silahlı dəstələrinə qoşulub, Qarabağ müharibəsində separatçı kimi döyüşlərdə iştirak edib.

 

1995–1997-ci illərdə qondarma “respublikanın iqtisadiyyat və maliyyə nazirinin köməkçisi” kimi fəaliyyət göstərib.

 

1997–1999-cu illərdə "Armaqrobank"ın Əsgəran filialının rəhbəri vəzifəsində çalışıb.

 

1999–2004-cü illərdə "Armaqrobank"ın Xankəndi filialının rəhbəri vəzifəsində çalışıb.

 

2005–2007-ci illərdə qondarma “respublikanın parlamentinin deputatı”, "Azad Vətən" partiyasının sədri, "Vətən" fraksiyasının rəhbəri olub.

 

2009-cu ildə yenidən "Azad Vətən" partiyasının sədri seçilib.

 

14 sentyabr 2007-ci ildə qondarma “respublika”nın başçısı Bako Saakyanın təqdimatı ilə “parlament” tərəfindən “baş nazir” seçilib.

 

2010-cu ildə rəhbərlik etdiyi "Azad Vətən" partiyası qondarma “respublika”nın “parlamenti"nə keçirilən “seçkilər”də 33 yerdən 14-nü qazanaraq qalib gəlib.

 

2012-ci ilin sentyabrında qondarma “respublikanın başçısı” Bako Saakyanın təqdimatı ilə yenidən “baş nazir” seçilib.

 

25 sentyabr 2017 – 6 iyun 2018-ci illərdə qondarma “respublika”nın “dövlət naziri “olub.

31 mart 2020-ci ildə qondarma” respublika”nın başçısı seçilib.

2023-cü sentyabrın 1-də separatçıların başçısı postundan istefa verib.

Üç övladı var.

A.Arutyunyan 2020-ci ildəki Vətən müharibəsi zamanı Gəncənin dinc əhalisinin raket zərbələri ilə atəşə tutulması və mülki insanların qətlə yetirilməsi ilə bağlı Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilmişdi.

Həmin ilin oktyabrın 4-də Arutyunyanın özü də sosial şəbəkə hesablarında Gəncənin ağır artilleriyadan atəşə tutulması barədə göstəriş verdiyini etiraf etmişdi. 

O, Azərbaycan Cinayət Məcəlləsinin 214 (terrorçuluq), 214.2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma), 318.1 (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələrilə təqsirləndirilir.

A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok