Modern.az

Təkəbbürlü və gözüaçıq - İsa Qəmbər - Təzadlı TEST

Təkəbbürlü və gözüaçıq - İsa Qəmbər - Təzadlı TEST

26 Avqust 2013, 10:53


Siyasiləri, məmurları üz kodlarına (Fizioqnomika) əsasən tanımağa və tanıtmağa davam edirik.

Modern.az saytı “Fotoların dili ilə” layihəsində NLP master Babək Bayramovla birlikdə bu dəfə Müsavat Partiyasınıın başqanı İsa Qəmbərin üz kodlarına əsasən xarakterini təqdim edir.

Hər dəfə xatırlatdığımız kimi, bu layihədə subyektiv fikir və mülahizələrdən uzaq olaraq istədiyimizi deyil, görünənin (insan simasının) görünməyən tərəflərini elmi təsdiqini tapmış qəliblər əsasında izah edirik.  

Arayış: Qəmbər İsa Yunis oğlu Müsavat Partiyasının başqanı (1992-ci ildən bəri).

İsa Qəmbər 24 fevral 1957-ci ildə Bakı şəhərində doğulub. Atası Yunis Heydər oğlu Qəmbərov kimya elmləri doktoru, Azərbaycan EA-nın müxbir üzvü, SSRİ-də tanınmış kimyaçı-alim, anası Tahirə Abbas qızı Qəmbərova kimya elmləri namizədi olub.

1964-1974-cü illərdə Bakı şəhərindəki 62 saylı orta məktəbində təhsil alıb. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub, 1979-cu ildə oranı bitirib. 1979-1982-ci illərdə Azərbaycan EA Naxçıvan Elm Mərkəzində, 1982-1990-cı illərdə Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb.

Geniş ictimaiyyət tərəfindən 1985-ci ilin yanvarından Zori Balayanın "Ocaq" kitabına yazdığı cavabla bağlı tanınsa da, fəal siyasətə 1988-ci ildən qoşulub.

Akademiyada işləyərkən İran, Türkiyə və Yaxın Şərqdəki siyasi prosesləri geniş tədqiq edib, Qərb ölkələrinin siyasi həyatı ilə maraqlanıb. "1978-1979-cu illər İran inqilabı" mövzusunda dissertasiya işi yazıb.

AXC-nin yaradıcılarından biri, ilk İdarə Heyətinin üzvü, 1990-1991-ci illərdə AXC təşkilat şöbəsinin müdiri, sonra sədr müavini olub. 1990-cı ildə deputat seçilib. 1991-ci ildə Azərbaycan Ali Soveti Milli Şurasında Xarici İşlər komissiyasına sədrlik edib. 1992-ci ilin may ayında Ali Sovetin sədri seçilib.

1992-ci il may-iyun aylarında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edib. Müsavatı bərpa edən mərkəzə rəhbərlik edib və 1992-ci ilin noyabr ayında Müsavat Partiyasının III Bərpa Qurultayında təşkilatın başqanı seçilib.

1993-cü il 4 iyun qiyamından sonra Ali Sovetin sədri vəzifəsindən istefa verib. Sonra həbs edilib. Bir aydan sonra həbsdən azad olunub. Hazırda Müsavat Partiyasının başqanıdır.

29 mart 2003-cü ildə 14 partiyanın daxil olduğu Demokratik Konqresin Məclisinin, 18 iyun 2003-cü ildə Müsavat Partiyası Məclisinin qərarı ilə prezidentliyə namizədliyi irəli sürülüb. "Bizim Azərbaycan" blokunda birləşən 21 siyasi partiya, 10-larla ictimai təşkilat onun namizədliyini müdafiə edib.

2003-cü il Prezident seçkilərinin rəsmi nəticələrinə görə 8 namizəd arasında 13.97% səs toplayaraq 2-ci yer tutub.

2005-ci il Parlament seçkilərində namizədliyi "Azadlıq" blokunun təmsilçisi kimi Nərimanov ikinci seçki dairəsindən, 2010-cu ildə isə AXCP-Müsavat seçki bloku tərəfindən Yasamal birinci seçki dairəsindən irəli sürülüb.

Evlidir, 2 oğlu var.

***

Baş
-Yanlara doğru azacıq əyilmiş baş, güclü müşahidə qabiliyyətinə işarədir. Eyni zamanda bu göstərici gözü açıqlıq və əksər hallarda saxtakarlıq kimi başqa xüsusiyyətləri də əks etdirir. Başını bu şəkildə saxlayan şəxslərə xas xasiyyətlərdən biri də başqalarını ələ salmağa meylli olmasıdır.

Alın - Hilal şəkilli alına malik olan şəxslər darqursaq, burnunun ucundan o tərəfi görə bilməyən, təkrarlanan, əsasən istedadsız və əksər sahələrdə bacarıqsız şəxslərdir. Dairəvi alın isə, öz sahibinin melanxolik, tədbirli, yalana meyilli və eqoist olduğunu bildirir. Alındakı vektorial, paralel və az bilinən qırışlar isə ədalətliliyə işarə edir.

Gözlər - Gözümüzün qabağında demək olar ki, həmişə tam açılmamış üst göz qapaqları görürük və bu qapaqların altından görünən gözlərin göz bəbəyi sanki işığa duyarsız kimidir və "bulanıqdır". Qaşlar simmetrik və qövsvaridir. Göz qapaqlarının rəngi azacıq qaçmış kimidir. Kirpiklər isə uzun və seyrəkdir. Belə şəxslər, qorxmaz, gözüaçıq, başqalarının ürəklərinə dərindən nüfuz edə bilən, bəsirətli, pulla satın alınmayan, ciddi və ədalətli tiplərdir.

Qulaqlar - Yuxarı ucu kəskin qulaqlar gözəl estetik görünüş yaratmaqla yanaşı öz sahibinin ağıllı və təmkinli olduğunu bildirir.

Burun - İsa Qəmbərin burnu böyük və enli hesab oluna bilər. Belə burunlu şəxslər fizioqnomika testlərindən çıxan nəticəyə görə təkəbbürlü, şöhrətpərəst, müstəqil qərar verməyi sevən və nisbətən enerjili olurlar.  Eyni zamanda bu buruna malik şəxslər başqaları ilə asanlıqla uyğunlaşa və təmas qura bilirlər.

Dodaqlar - İncə, amma azacıq ətli və sərhədləri aydın görünən dodaqlar mülayim xarakterli, səmimi görünüşlü və əsasən xoşxasiyyətli tiplərə xas göstəricilərdir.

Çənə - Ətli çənəyə aid xarakterik xüsusiyyətlər də vardır, bu fiziki əlamət öz sahibinin ağıllı, həssas, eqoist bir şəxsiyyətə malik olduğunu bildirir.





Qeyd: Şəxsin üz forması və cizgilərinin xarakterlə əlaqəsi barədə qeyd olunanlar “Fizioqnomika” testinə əsasən çıxan nəticələrdir. Rəsmi dairələrdə əsas kimi istifadə edilə bilməz.

Elçin MURAD

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI