Modern.az

Bir şəklin tarixçəsi: Ağsaqqala hayıl-mayıl olan xanımlar...

Bir şəklin tarixçəsi: Ağsaqqala hayıl-mayıl olan xanımlar...

2 Sentyabr 2013, 13:05


Vaxtilə uzunömürlülər diyarı kimi tanınan Azərbaycan Respublikasında vəziyyət çoxdan dəyişib. Əvəllər belə bir deyim vardı: “Hər kəs 100 il yaşamasa, günah onun özündədir”. İndi günahı 100 il yaşaya bilməyənlərdə axtarmağın özü günahdır.

Modern.az saytının Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu unikal fotoşəkildə təkcə Azərbaycanın deyil, dünyanın ən uzunömürlü adamlarından biri əks olunub – Şirəli Müslümov. O Şirəli Müslümov ki, nə az, nə çox, düz 168 il ömür sürüb

Tarix – ötən əsrin 50-ci illəri, məkan – Bakı... Qızların başına yığıldığı Şirəli baba onlara uzunömürlülüyün sirlərindən danışır. Şəkildən göründüyü kimi, babanı əhatəyə alan əcnəbi xanımlar çıx təəccüblüdürlər...

Bəziləri Şirəli Müslümovun 168 il yaşadığına indi də şübhəylə yanaşır. Onun yaşını təsdiqləyən yeganə sənəd pasportu olub. Doğum haqqında şəhadətnaməsi və ya onu əvəz edən hər hansı sənəd olmayıb. Elə buna görə, bəziləri iddia edir ki, guya, Şirəli babanın 168 il yaşamağı haqda deyilənlər sovet dövrünün ucuz təbliğat formalarından biri olub. Və guya, Şirəli Müslümov kimi uzunömürlüləri bu şəkildə olduğu kimi, turistlərin qabağına çıxarıblar ki, qoy əcnəbilər görsünlər ki, sovet insanları sadə əmək hesabına necə çox yaşaya biliblər.

Rəsmi məlumata görə, Şirəli Müslimov 1805-ci ildə Lerik rayonunun Barzavu kəndində doğulub, 1973-cü ildə vəfat edib. O, 3 dəfə evlənib və 23 övlad sahibi olub. 1966-cı ildə Azərbaycan Kinostudiyası tərəfindən onun haqqında "Şirəli dağdan endi" adlı sənədli film çəkilib. 136 yaşında qız atası olub. Uzun ömürlülüyünə görə Ginnesin Rekordlar Kitabına düşüb.

Yeri gəlmişkən, bu gün - 2 sentyabr tarixi Şirəli Müslümovun vəfat etdiyi gündür və bu şəklin təqdimatı təsadüfən olmadı... 

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI