Modern.az

İşdən çıxarılan nazirin TƏRCÜMEYİ-HALI

İşdən çıxarılan nazirin TƏRCÜMEYİ-HALI

Reportaj

18 Noyabr 2023, 10:23

Mədət Quliyev bu gün müdafiə sənayesi naziri vəzifəsindən azad edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Modern.az saytı işdən çıxarılan eks-nazirin dosyesini təqdim edir.

Mədət Qəzənfər oğlu Quliyev 1958-ci il sentyabrın 27-də Gəncə şəhərində anadan olub.
 

1976-cı ildə Azərbaycan Kənd Təsərrüfatını Mexanikləşdirmə və Elektrikləşdirmə Elmi Tədqiqat İnstitutunda texnik-mexanik işləyib. 
1980-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.

1980-ci ildə Gəncə şəhərindəki “Dinamo” İdman Cəmiyyətində məşqçi işləyib.

1980-1982-ci illərdə həqiqi hərbi xidmətdə olub.

1982-1983-cü illərdə Gəncə şəhərindəki “Dinamo” İdman Cəmiyyətində məşqçi-təlimatçı işləyib.

1983-1984-cü illərdə Gəncə şəhəri Daxili İşlər İdarəsinin Kadrlar bölməsində fiziki və atəş üzrə inspektor işləyib. 

1984-1991-ci illərdə Gəncə şəhəri Daxili İşlər İdarəsinin “Dinamo” İdman Cəmiyyətinin sədr müavini işləyib.

1991-1993-cü illərdə Gəncə şəhər Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili olub.

1993-cü ildə Gəncə şəhər Polis İdarəsinin Terrorizmlə və banditizmlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili, rəis müavini işləyib.

1993-1994-cü illərdə Gəncə şəhər Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin Banditizimə qarşı mübarizə bölməsinin baş əməliyyat müvəkkili, rəisi vəzifələrini tutub.

1994-1995-ci illərdə Daxili İşlər Nazirliyinin Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin regional şöbəsinin rəisi olub.

1995-1996-cı illərdə AR Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Reketlə mübarizə şöbəsinin rəisi işləyib.

1996-2001-ci illərdə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini postunda çalışıb.

2001-2002-ci illərdə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi işləyib.

2002-2004-cü illərdə Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin rəisi;
2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi;
2006-2011-ci illərdə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi işləyib.

2011-2015-ci illərdə Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi vəzifəsində çalışıb. 

2015-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin birinci müavini işləyib və nazir vəzifəsini icra edib.

2015-2019-cu illərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi işləyib.

Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib.

18 noyabr 2023-cü ildə müdafiə sənayesi naziri vəzifəsindən azad edilib.

Ailəlidir. Dörd övladı var.

Cinayətkarlığa qarşı mübarizə zamanı iki dəfə yaralanıb.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1995-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 

Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən 2014-cü ildə III dərəcəli Vətənə xidmətə görə və 2018-ci ildə II dərəcəli Vətənə xidmətə görə ordenləri ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2005-ci ildə polis general-mayoru, 2012-ci ildə ədliyyə general-leytenantı və 2018-ci ildə general-polkovnik ali hərbi rütbələri verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır