Modern.az

Mədət Quliyevin təyin olunduğu Təhlükəsizlik Şurasında kimlər var...

Mədət Quliyevin təyin olunduğu Təhlükəsizlik Şurasında kimlər var...

Reportaj

18 Noyabr 2023, 12:05

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinə müavin təyin edib.

Ölkə başçısının sərəncamı ilə bu vəzifə keçmiş müdafiə sənayesi naziri, general-polkovnik Mədət Quliyevə həvalə olunub.

Bu, Təhlükəsizlik Şurasında yeni təyinatdır. İndiyə kimi Şura katibinin müavini yox idi.
 

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası milli təhlükəsizlik məsələləri üzrə məşvərətçi orqandır. Təhlükəsizlik Şurası milli təhlükəsizliyin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlətin xarici və daxili təhlükəsizliyinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi barədə təkliflər verir və digər funskiyaları yerinə yetirir.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının sədri İlham Əliyev, katibi Ramil Usubovdur.

Təhlükəsizlik Şurasının iclaslarının gündəliyini Təhlükəsizlik Şurasının sədri müəyyən edir.

Təhlükəsizlik Şurasının iclaslarının təşkilini isə katib təmin edir.


Modern.az Təhlükəsizlik Şurasının tərkibini təqdim edir:


Təhlükəsizlik Şurasının sədri - İlham Əliyev (Azərbaycan Respublikasının Prezidenti);

Təhlükəsizlik Şurasının üzvləri:

Mehriban Əliyeva (Azərbaycan Respublikasının Birinci vitse-prezidenti);

Sahibə Qafarova (Milli Məclisin sədri);

Əli Əsədov (Baş nazir);

Ramil Usubov (Təhlükəsizlik Şurasının katibi);

Əli Nağıyev (Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi);

Elçin Quliyev (Dövlət Sərhəd Xidmətinin rəisi);

Samir Nuriyev (Prezident Administrasiyasının rəhbəri);

Zakir Həsənov (Müdafiə naziri);

Vilayət Eyvazov (Daxili işlər naziri);

Kamran Əliyev (Baş prokuror);

Orxan Sultanov (Xarici Kəşfiyyat Xidmətinin rəisi);

Ramiz Mehdiyev (Prezidentin 23.10.2019 tarixli Fərmanı ilə Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib).

Twitter
Sizə yeni tvit var
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı