Modern.az

Azərbaycan SPECA-nın beynəlxalq tədqiqat mərkəzinin yaradılmasını təklif etdi

Azərbaycan SPECA-nın beynəlxalq tədqiqat mərkəzinin yaradılmasını təklif etdi

Reportaj

22 Noyabr 2023, 13:54

Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və yaşıl iqtisadiyyat üzrə SPECA-nın (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) beynəlxalq tədqiqat mərkəzinin yaradılması və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bu məsələdə əlaqələndirici rol oynaması təklif olunub.

 

Modern.az xəbər verir ki, bunu UNEC-in rektoru Ədalət Muradov bu gün Bakıda “SPECA - Regionun qlobal bağlantı qovşağına çevrilməsi” mövzusunda keçirilən “SPECA 2023” İqtisadi Forumunda deyib.

 

SPECA ölkələrinə təkliflərini səsləndirən rektor bildirib:

 

“Təkliflərimizdən biri SPECA-nın şəhərlər forumunun təşkil olunmasıdır. Bu, bir sıra beynəlxalq proqramlarda iştirak edən SPECA şəhərlərinin dayanıqlı, “ağıllı”, sağlam şəhərlər barədə təcrübələrini bölüşmək, əməkdaşlıq imkanlarını gücləndirmək baxımından əhəmiyyətlidir. Bundan əlavə, SPECA ölkələri maliyyə təsisatları ilə DİM üzrə tərəfdaşlıq əlaqələri yaratmalıdırlar”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir