"Dünya Çempionatı-2014"ün qrup mərhələsinin seçmə oyunları çərçivəsində qardaş Türkiyə milli komandası çətin Rumıniya səfərindən sərfəli nəticə qazandı.
Ay-ulduzlu milli yeni baş məşqçisi Fatih Terimin rəhbərliyi altında dalbadal ikinci qələbəsini bayram etdi.
Oyunun birinci hissəsinin 22-ci dəqiqəsində Burak Yılmaz Türkiyəni önə çıxardı – 1:0.
İkinci hissənin sonunda – 95-ci dəqiqədə Mövlud Erdinc rumınları ikinci dəfə topu tordan çıxarmağa məcbur etdi.
Beləliklə, Avropanı çalxalayan Türkiyə millisi çətin səfər oyununda qələbə qazandı.
Türkiyə millisi Dünya Çempionatına qatılmaq üçün bundan sonra qalan bütün oyunları udmaq məcburiyyətindədir.
D qrupu
Rumıniya - Türkiyə - 0:2
Macarıstan - Estoniya - 4:1
Andorra - Hollandiya - 0:2
S | Komandalar | O | Q | H | M | Xal |
---|---|---|---|---|---|---|
1. | Hollandiya | 8 | 7 | 1 | 0 | 22 |
2. | Macarıstan | 8 | 4 | 2 | 2 | 14 |
3. | Türkiyə | 8 | 4 | 1 | 3 | 13 |
4. | Rumıniya | 8 | 4 | 1 | 3 | 13 |
5. | Estoniya | 8 | 2 | 1 | 5 | 7 |
6. | Andorra | 8 | 0 | 0 | 8 | 0 |
11 oktyabr:
Andorra - Rumıniya
Hollandiya - Macarıstan
Estonya - Türkiyə
15 oktyabr:
Macarıstan - Andorra
Rumıniya - Estonya
Türkiyə - Hollandiya
Son iki matç öncəsi Türkiyə mütləq qələbə çalmalı və üstəlik də Macarıstanın Hollandiyada səfər matçında qazanmamasını gözləyəcək. Bunun xaricində Rumıniyanın Androrra və Estonya matçlarında edəcəyi fərqə görə Türkiyə bu ölkə ilə averaj hesabına girəcək...
Averaj hesabında son iki matç əvvəli Türkiyə +7 averaja sahibkən Rumıniyanın averajı +1-dir.