Modern.az

Antoni Blinkenin çalıb-oxumağı da varmış - VİDEO

Antoni Blinkenin çalıb-oxumağı da varmış - VİDEO

Reportaj

29 Noyabr 2023, 21:57

ABŞ Dövlət katibi Antoni Blinkenin musiqi alətində çalmaq və mahnı ifa etmək bacarığını əks etdirən video sosial şəbəkələrdə maraqla qarşılanıb.
 

Modern.az saytı xəbər verir ki, 28 sentyabr 2023-cü il tarixində internetə yüklənmiş video 2 ay ərzində 350 minə yaxın izləyici baxışı qazanıb.

Antoni Blinken Dövlət Departamentində təşkil olunmuş Qlobal Musiqi Diplomatiyası Təşəbbüsünün açılış mərasimində gitara çalıb və “Hoochie Coochie Man” mahnısını ifa edib.

"Mən bu axşam musiqi və diplomatiyanı birləşdirmək fürsətini qaçıra bilmədim. Dövlət Departamentinin yeni Qlobal Musiqi Diplomatiyası Təşəbbüsünü başlatmaqdan çox məmnun oldum" - Dövlət katibi Blinken mərasim zamanı deyib.

Qeyd edək ki, 2021-ci ilin yanvarından Dövlət katibi postunu tutan Blinken gitara çalmağı bacarır. Musiqi aləmində Ablinken ləqbilə tanına Dövlət katibinin 3 mahnısı da var.

Modern.az həmin videonu təqdim edir:
 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir