Modern.az

Dünyanın ən güclü 100 qadını məlum olub - SİYAHI

Dünyanın ən güclü 100 qadını məlum olub - SİYAHI

Reportaj

8 Dekabr 2023, 14:42

Nüfuzlu “Forbes” jurnalı dünyanın ən güclü 100 qadınının reytinqini açıqlayıb.

Modern.az xəbər verir ki, 1-ci yeri Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen tutub. O, ötən ildən liderliyini qoruyub saxlayır.

Ursula fon der Leyen 2019-cu ilin iyulunda Avropa İttifaqının icraedici qolu olan Avropa Komissiyasının prezidenti seçilib.


O, bu vəzifəni tutan ilk qadındır.  Ursula fon der Leyenin işi 450 milyondan çox avropalının həyatına təsir edir.

2005-ci ildən 2019-cu ilə qədər o, Almaniya kansleri Angela Merkelin kabinetinin üzvü olub.

65 yaşlı Belçika doğumlu Ursula fon der Leyen altı il Almaniya hökumətində müdafiə naziri vəzifəsində çalışıb.

2023-cü ildə dünyanın ən güclü 100 qadınının yer aldığı siyahıda 2-ci yeri Avropa Mərkəzi Bankının rəhbəri, almaniyalı Kristin Laqard tutub.
 

3-cü yerdə ABŞ-ın vitse-prezidenti Kamala Harris gəlir.

4-cü yer İtaliyanın baş naziri Corciya Meloniyə, 5-ci yer ABŞ müğənnisi Teylor Sviftə verilib.

İlk “10-luq”da sonrakı yerdə gələnlər aşağıdakı güclü qadınlardır:

6. Karen Linç – Kanadalı yazıçı
7. Ceyn Freyzer – “Citigroup” şirkətinin rəhbəri (ABŞ)
8. Ebigeyl Conson – “Fidelity Investmens” şirkətinin prezidenti (ABŞ)
9. Meri Barra – “General Motors” avtokonsernin baş direktoru (ABŞ)
10. Melinda Qeyts - Xeyriyyəçi (“Microsoft”un prezidenti Blll Qeytsin keçmiş həyat yoldaşı, ABŞ)


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir