Modern.az

DSX-nin yeni hərbi hospitalından REPORTAJ

DSX-nin yeni hərbi hospitalından REPORTAJ

Reportaj

22 Yanvar 2024, 23:57

Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) yeni hərbi hospital kompleksinin açılışında iştirak edib.

 

Modern.az xəbər verir ki, AZƏRTAC həmin hospital kompleksindən reportaj hazırlayıb. Reportajı təqdim edirik.

 

DSX-nin yeni inşa olunan və istifadəyə verilən hərbi hospital kompleksi sərhədçilərimizin sağlamlığının daim diqqət mərkəzində olduğunun bariz nümunəsidir. Qeyd edək ki, yeni hərbi hospitalda ən son elmi-tərəqqiyə əsaslanan tibbi müayinə və müalicə imkanları yaradılıb.

Səkkiz mərtəbədən və köməkçi binalardan ibarət olan hospitalda 17 şöbə, 80 palata, 240 çarpayı var. Müasir avadanlıqların quraşdırıldığı bu məkanda il ərzində 100-110 min xəstə ambulator, 17 -20 min xəstə isə stasionar müalicə oluna bilər.

Sərhədçilərin ailə üzvləri və qadın hərbi qulluqçular da diqqətdən kənarda qalmayıb. Belə ki, onların sayı nəzərə alınaraq tibb ocağında doğum mərkəzi də yaradılıb. Eyni zamanda, yeni doğulan körpələrin qeydinə qalmaq üçün 9 küvəz də mövcuddur.

Hərbi hospitalın cərrahiyyə şöbəsində quraşdırılan avadanlıqlar istənilən növ ağır əməliyyatları belə reallaşdırmağa imkan yaradır. Bundan başqa, tibb ocağında 11 əməliyyatı eyni anda icra etmək mümkündür.

Hospitalda dalğıcların və uçuş heyətinin müayinəsi və müalicəsi üçün nəzərdə tutulan hiperbarik oksigenasiya cihazı da mövcuddur. Bu avadanlıq vasitəsilə həm də ani korluğun və karlığın müayinə və müalicəsi də mümkündür.

Kompleksin müşahidə otağında 246 videokamera quraşdırılıb ki, bununla da xəstələrin təhlükəsizliyinə 24 saat, fasiləsiz nəzarət etmək mümkün olur.

Hərbi hospitalda tibbi tədrisin təşkili, eyni zamanda, ixtisaslı həkimlərin hazırlanması üçün əməliyyat proseslərini monitorlardan canlı izləmək də mümkündür.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi