Modern.az

Hulusi Akarın İlham Əliyevə bağışladığı silah - Təbərzinin üzərinə nə YAZILIB...

Hulusi Akarın İlham Əliyevə bağışladığı silah - Təbərzinin üzərinə nə YAZILIB...

Reportaj

29 Yanvar 2024, 15:52

Bu gün Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Cümhuriyyətinin sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
 

Görüşün sonunda Hulusi Akar İlham Əliyevə qiymətli hədiyyə - silah bağışlayıb.

Qeyd edək ki, sözügüdən hədiyyə baltaya bənzəyən qədim silah növü – təbərzindir.

Təbərzin keçmişdə Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda istifadə olunmuş döyüş silahı növüdür.

Hulusi Akarın İlham Əliyevə bağışladığı təbərzinin üzərində qədim əlifba ilə yazı da həkk olunub.

Bəs həmin yazıda nə ifadə olunub?



Modern.az-ın məlumatına görə, qədim silahlar üzrə araşdırmaçı Qətibə Həsən bildirib ki, Prezident İlham Əliyevə hədiyyə olunan təbərzin Topkapı Sarayı Sultan Silahları Koleksiyasından bir nümunədir. Onun sözlərinə görə, təbərzinin üzərində Anadolu türkcəsində aşağıdakı kəlimələr yazılıb:
 

“Aziz Teber, Topkapı Sarayı Sultan Silahları Koleksiyonu’nda bulunan 16.-17. yüzyıla ait gümüş ve altın yaldızlı bir teberden esinlenerek tasarlanmıştır. Teber üzerinde aynalanmış bir şekilde “El-Aziz” yazmaktadır. Allah’ın 99 isminden biri olan El-Aziz izzet, azamet, şeref ve onur sahibi, mağlup edilmeyen, mağlup edilmesi mümkün olmayan, daima galip gelen, sonsuz izzete sahibi olan demektir.

Aziz Teber, el imalatı camdan üretilmiş olup, üzerindeki rölyef desenlerin tümü el işçiliği ile 24 ayar altın ve yaldız kullanılarak dekorlanmıştır.

Üretim adedi 2.000 ile sınırlıdır”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok