Modern.az

Yevlax əhalisinin milli tərkibi - azərbaycanlılar, kürdlər, ruslar - SİYAHI

Yevlax əhalisinin milli tərkibi - azərbaycanlılar, kürdlər, ruslar - SİYAHI

Reportaj

31 Yanvar 2024, 10:40

1 yanvar 2023-сü il tarixinə olan məlumata görə, Yevlax rayonunda əhalinin sayı 128,4 min nəfər olub.

Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

Yevlax əhalisinin 62706 nəfərini kişilər, 65667 nəfərini qadınlar təşkil edib.

Rayonda əhali sayı çox olan yaşayış məntəqələri bunlardır: Yevlax şəhəri, Aran qəsəbəsi, Duzdağ qəsəbəsi, Meyvəli qəsəbəsi.

Rayonda doğulanların gözlənilən ömür uzunluğunun 74,2 yaş olduğu bildirilir.

Rəsmi məlumata görə, 2022-ci ildə Yevlaxda 721 nikah bağlanıb, 230 boşanma qeydə alınıb.

Dövlət Statistika Komitəsi əhalinin sonuncu siyahıyaalınması (2019-cu il) zamanı Yevlax rayonunda yaşayan əhalinin milli (etnik) tərkibini də müəyyənləşdirib.

Məlum olub ki, Yevlaxda say çoxluğuna görə azərbaycanlılardan sonra kürdlər gəlir. Sonrakı yerdə ruslar qərarlaşıb.

Yevlax rayonunda yaşayan əhalinin milli (etnik) tərkibinə dair rəsmi məlumatı təqdim edirik:


A.Qorxmaz
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok