Modern.az

Azərbaycanda nikahdankənar doğuşlar ARTIB - STATİSTİKA

Azərbaycanda nikahdankənar doğuşlar ARTIB - STATİSTİKA

Reportaj

5 Fevral 2024, 14:10

Son illər Azərbaycanda rəsmi nikahda olmayan qadınlar tərədindən dünyaya gətirilən uşaqların sayında ciddi artım baş verib.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2021-ci ildə nikahsız qadınlar tərəfindən doğulan uşaqların sayı 17566 nəfər olub.

2022-ci ildə bu rəqəm bir qədər də artıb. Belə ki, həmin il nikahsız qadınlar 18814 uşaq dünayaya gətiriblər.

2022-ci ildə rəsmi nikahda olmayan qadınların dünyaya gətirdiyi körpələrdən 14646-nün anası 15-29 yaşında gənclər olub.
 

Rəsmi statistika göstərir ki, nikahsız qadınların dünyaya uşaq gətirməsi halları şəhər yeri ilə müqayisədə kənd yerində daha çox qeydə alınıb.

Belə ki, 2022-ci ildə şəhər yerində 7184 nikahdankənar uşaq doğulubsa, kənd yerində bu rəqəm xeyli çox  - 11630 nəfər olub.


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok