Modern.az

Qazaxıstanın yeni baş naziri kimdir? - DOSYE

Qazaxıstanın yeni baş naziri kimdir? - DOSYE

6 Fevral 2024, 13:52

Xəbər verdiyimiz kimi, Qazaxıstan Parlament Məclisində yeni Baş nazirin seçilməsi üçün səsvermə keçirilib.

Səsvermə nəticəsində Oljas Bektenov Qazaxıstanın yeni Baş naziri seçilib.

Oljas Bektenovun Baş nazir postuna namizədliyinin lehinə 69, əleyhinə 7 səs verilib.

Səsvermə bitdikdən sonra Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev O.Bektenovun Baş nazir təyin edilməsi barədə sərəncam imzalayıb.

Modern.az saytı yeni Baş nazirin dosyesini təqdim edir:

Oljas Abayeviç Bektenov 1980-ci ildə Almatı şəhərində anadan olub. 2001-ci ildə Qazaxıstan Dövlət Hüquq Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 2002-ci ildə Almatı şəhərinin Ədliyyə Departamentində şöbənin baş mütəxəssisi vəzifəsində başlayıb.

2005-2006-cı illərdə Qazaxıstan Respublikası Baş naziri Aparatının Hüquq şöbəsinin baş eksperti işləyib.

2006-2009-cu illərdə Qazaxıstan Respublikası Prezidentinin Administrasiyasında çalışıb.

2009-2012-ci illərdə Qazaxıstan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat Xidməti və Hüquqi Yardım Komitəsinin sədr müavini olub.

2012-2014-cü illərdə Qazaxıstan Respublikasının İqtisadi Cinayət və Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin (maliyyə polisi) mərkəzi aparatında şöbə rəisi vəzifəsində çalışıb.

2015-2016-cı illərdə – Astana şəhəri meriyasının apparat rəhbəri, Qazaxıstan Prezidenti Administrasiyası rəhbərinin katibliyinin rəhbəri olub.

2016-2017-ci illərdə – Milli Antikorrupsiya Bürosunun (Korrupsiyaya Qarşı Mübarizə Xidməti) Astana üzrə departamentinin rəhbəri işləyib.

2017-2018-ci illərdə - Akmola vilayətinin icra başçısının müavini olub.

2018-2019-cu illərdə - Qazaxıstan Respublikasının Dövlət Qulluğu İşləri və Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin sədr müavini vəzifəsini tutub.

2019-2022-ci illərdə - Qazaxıstan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Agentliyi sədrinin birinci müavini olub.

2022-ci ilin fevralından 2023-cü ilin aprelinə qədər – Qazaxıstan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin sədri postunu tutub.

2023-cü il aprelin 3-dən hazırkı təyinata qədər - Qazaxıstan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri işləyib.

2-ci dərəcəli “Aibin” (2014), 2-ci dərəcəli “Dank” (2021) ordenləri ilə təltif edilib. 

Antikorrupsiya xidməti üzrə general-leytenant rütbəsinə malikdir.

Evlidir, 3 övladı var


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok