Modern.az

Azərbaycanda prezident seçkiləri - REPORTAJ

Azərbaycanda prezident seçkiləri - REPORTAJ

Reportaj

7 Fevral 2024, 17:00

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. 
 

Modern.az  bununla əlaqədar 23 saylı Səbail-Nəsimi seçki dairəsinin 18 saylı məntəqəsinə və 7 saylı seçki dairəsinin 10 saylı məntəqəsinə baş çəkib. 

 

Hər iki seçki məntəqəsində seçici aktivliyi vardı. Səhər saatları olmasına baxmayaraq, vətəndaşlar öz hüquqlarından istifadə etmək üçün adını çəkdiyimiz məntəqələrə axışmışdılar.
Saytımızın əməkdaşı  səsverməyə gələnlərin təəssüratlarını da öyrənib.

 

23 saylı seçki dairəsinin 18 saylı məntəqəsində səs verən 71 yaşlı Nəhayət Mircəfərov saytımıza açıqlamasında hər şeyin qaydasında olduğunu bildirib: 


"Seçkilərlə bağlı hər şey əladır. Bircə növbə çoxdu. Yazanların sayını artırmaq lazımdır ki, İnsanlar çox dayanmasın".

 

7 saylı seçki dairəsinin 10 saylı məntəqəsində səs verən Səidə Şahverdiyeva:  "Seçkilərlə bağlı hər şey yaxşıdır. Mən həkiməm işdən icazə alıb, gəldim və səsimi verdim".

 

Yol polisinin əməkdaşı Xəyyam Məmmədov da işdən icazə alıb səs verməyə gəlib: "İşdən icazə kağızını alıb gəldim. Hər şey qaydasındadır. Çox yaxşı atmosfer var".

 

Eyni məntəqədə 19 yaşlı Məhəmmədəli Bağırzadə ilk dəfə səsvermə hüququndan istifadə edib.
 Azərbaycan Texniki Universitetinin tələbəsi səsvermə hüququndan istifadənin həyacanverici olduğunu, məntəqədə atmosferin yaxşı olduğunu söyləyib.

 

Prezidentliyə namizəd Zahid Oruc da 23 saylı saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı məntəqəsində səs verib.

 

Qeyd edək ki, seçici siyahılarına 6 milyon 300 mindən çox seçicinin adı daxil edilib. Prezident seçkiləri üçün 6 537 məntəqə təşkil edilib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok