Modern.az

Abşeronda da ermənilər yaşayır... - Rayon əhalisinin milli tərkibi - SİYAHI

Abşeronda da ermənilər yaşayır... - Rayon əhalisinin milli tərkibi - SİYAHI

Reportaj

9 Fevral 2024, 13:30

1 yanvar 2023-сü il tarixinə olan məlumata görə, Abşeron rayonunda əhalinin sayı 431 493 nəfər olub.

Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

Abşeron əhalisinin 218 269 nəfərini kişilər, 213 224 nəfərini qadınlar təşkil edib.
 

Rayonda əhali sayı çox olan yaşayış məntəqələri bunlardır: Xırdalan şəhəri (195 216 nəfər), Saray qəsəbəsi (37 566 nəfər), Mehdiabad qəsəbəsi (20 479 nəfər), Qobu qəsəbəsi (17 398 nəfər), Hökməli qəsəbəsi (17 051).

Rayonda doğulanların gözlənilən ömür uzunluğunun 77,3 yaş olduğu bildirilir.

Rəsmi məlumata görə, 2022-ci ildə Abşeronda 1304 nikah bağlanıb, 376 boşanma qeydə alınıb.

Dövlət Statistika Komitəsi əhalinin sonuncu siyahıyaalınması (2019-cu il) zamanı Abşeron rayonunda yaşayan əhalinin milli (etnik) tərkibini də müəyyənləşdirib. (Siyahıyaalma zamanı vətəndaş milliyətini könüllü əsasda bildirə də, bildirməyə də bilər).

Belə ki, sonuncu siyahıyaalma zamanı Abşeronda yaşayan 8 nəfər (2 kişi, 6 qadın) erməni milliyətindən olduğunu bildirib.

Abşeronda say çoxluğuna görə azərbaycanlılardan sonra ruslar, ləzgilər və türklər gəlir.

Abşeron rayonunda yaşayan əhalinin milli (etnik) tərkibinə dair rəsmi məlumatı təqdim edirik:


A.Qorxmaz

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok