Modern.az

Zaqatala əhalisinin milli tərkibi - avarlar çoxdur, azərbaycanlılar? - SİYAHI

Zaqatala əhalisinin milli tərkibi - avarlar çoxdur, azərbaycanlılar? - SİYAHI

Reportaj

14 Fevral 2024, 14:36

1 yanvar 2023-сü il tarixinə olan məlumata görə, Zaqatala rayonunda əhalinin sayı 129 678 nəfər olub.

Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

Zaqatala əhalisinin 63 591 nəfərini kişilər, 66 087 nəfərini qadınlar təşkil edib.

Rayonda əhali sayı çox olan yaşayış məntəqələri bunlardır: Zaqatala şəhəri (22 098 nəfər), Əliabad qəsəbəsi (11 070).

Zaqatalada doğulanların gözlənilən ömür uzunluğunun 76,2 yaş olduğu bildirilir.

Rəsmi məlumata görə, 2022-ci ildə Zaqatalada 771 nikah bağlanıb, 154 boşanma qeydə alınıb.

Dövlət Statistika Komitəsi əhalinin sonuncu siyahıyaalınması (2019-cu il) zamanı Zaqatala rayonunda yaşayan əhalinin milli (etnik) tərkibini də müəyyənləşdirib. (Siyahıyaalma zamanı vətəndaş milliyətini könüllü əsasda bildirə də, bildirməyə də bilər).

Məlum olub ki, Zaqatalada çoxlarının düşündüyü kimi, digər milliyətlərdən olanlar deyil, azərbaycanlılar üstünlük təşkil edir.

Belə ki, sonuncu siyahıyaalma zamanı Zaqatalada yaşayan 89 254 nəfər azərbaycanlı olduğunu, 25 588 nəfər isə avar olduğunu bildirib. Sonrakı yerdə saxurlar gəlir: 11 564 nəfər.

Zaqatalada rayonunda yaşayan əhalinin milli (etnik) tərkibinə dair rəsmi məlumatı təqdim edirik:


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok