Modern.az

Şamaxı erməniləri - Rayon əhalisinin milli tərkibi - SİYAHI

Şamaxı erməniləri - Rayon əhalisinin milli tərkibi - SİYAHI

Reportaj

16 Fevral 2024, 11:48

1 yanvar 2023-сü il tarixinə olan məlumata görə, Şamaxı rayonunda əhalinin sayı 104 848 nəfər olub.

Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

Şamaxı əhalisinin 53 177 nəfərini kişilər, 51 671 nəfərini qadınlar təşkil edib.

Rayonda əhali sayı çox olan yaşayış məntəqələri bunlardır: Şamaxı şəhəri (39 574 nəfər), Sabir qəsəbəsi (3 885 nəfəfr), Şəhriyar qəsəbəsi (3 139 nəfər), Mədrəsə qəsəbəsi (2 363 nəfər).

Şamaxıda doğulanların gözlənilən ömür uzunluğunun 74,5 yaş olduğu bildirilir.

Rəsmi məlumata görə, 2022-ci ildə Şamaxıda 660 nikah bağlanıb, 127 boşanma qeydə alınıb.

Dövlət Statistika Komitəsi əhalinin sonuncu siyahıyaalınması (2019-cu il) zamanı Şamaxı rayonunda yaşayan əhalinin milli (etnik) tərkibini də müəyyənləşdirib. (Siyahıyaalma zamanı vətəndaş milliyətini könüllü əsasda bildirə də, bildirməyə də bilər).

Məlum olub ki, Şamaxıda da erməni milliyətindən olan 5 nəfər yaşayır: 4 kişi və 1 qadın.

Sonuncu siyahıyaalma zamanı Şamaxıda yaşayan 100 981 nəfər azərbaycanlı olduğunu, 686 nəfər türk olduğunu, 114 nəfər isə rus olduğunu bildirib.

Şamaxı rayonunda yaşayan əhalinin milli (etnik) tərkibinə dair rəsmi məlumatı təqdim edirik:


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok