Modern.az

Balakən əhalisinin milli tərkibi: avarlar, ingiloylar, ruslar, ləzgilər - SİYAHI

Balakən əhalisinin milli tərkibi: avarlar, ingiloylar, ruslar, ləzgilər - SİYAHI

19 Fevral 2024, 11:48

1 yanvar 2023-сü il tarixinə olan məlumata görə, Balakən rayonunda əhalinin sayı 100 202 nəfər olub.

Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

Balakən əhalisinin 49 275 nəfərini kişilər, 50 927 nəfərini qadınlar təşkil edib.

Rayonda əhali sayı çox olan yaşayış məntəqələri bunlardır: Balakən şəhəri (14 784 nəfər), Qabaqçöl qəsəbəsi (1 032 nəfər).

Balakəndə doğulanların gözlənilən ömür uzunluğunun 76,2 yaş olduğu bildirilir.

Rəsmi məlumata görə, 2022-ci ildə Balakəndə 591 nikah bağlanıb, 120 boşanma qeydə alınıb.

Dövlət Statistika Komitəsi əhalinin sonuncu siyahıyaalınması (2019-cu il) zamanı Balakən rayonunda yaşayan əhalinin milli (etnik) tərkibini də müəyyənləşdirib. (Siyahıyaalma zamanı vətəndaş milliyətini könüllü əsasda bildirə də, bildirməyə də bilər).

Sonuncu siyahıyaalma zamanı Balakəndə yaşayan 72 677 nəfər azərbaycanlı olduğunu, 22 905 nəfər avar olduğunu, 1 613 nəfər isə ingiloy olduğunu bildirib.

Balakən rayonunda yaşayan əhalinin milli (etnik) tərkibinə dair rəsmi məlumatı təqdim edirik:


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok