Modern.az

Qarabağda 80 erməni əsgəri güllələnib

Qarabağda 80 erməni əsgəri güllələnib

11 Oktyabr 2013, 10:24


Ermənistan mətbuatı (Bu ölkədə bütöv mətbuat hakimiyyətə məxsusdur-V.İ) tez-tez Azərbaycan ordusunda baş verən hadisələri şişirtməklə oxucusunun diqqətini öz ordusundakı korrupsiya və özbaşnalıqdan yayındırmağa çalışır. Demək olar ki, özbaşnalığın tüğyan etdiyi Ermənistan ordusu barədə bu ölkənin yalnız bir-iki media qurumu özündə cürət tapıb məlumat verə bilir.

Modern.az erməni mətbuatına istinadən Ermənistan ordusunda baş verənləri araşdırıb. Qanı yerdə qalan 2 əsgər 2003-cü il dekabrın 24-də Ağdərənin Mataqis kəndində yerləşən hərbi hissənin hərbiçilər Robert Yeqiazaryan və Ovsep Mkrtumyan itkin düşürlər. Hadisədən yalnız iki həftə keçəndən sonra, yanvarın 8-də Hərbi Prokurorluq faktla bağlı cinayət işinə başlayır. Növbəti gün hər iki hərbiçinin cəsədi tapələr və onların üzərində zorakılıq əlamətləri aşkar olunur. Bununla qalmaqallı və rezonanslı “Mataqis iş”i adlanan proses başlayır. Əvvəlcə hərbi hissədə xidmət edən 3 əsgər həbs olunur. Şahid kimi dindirilən əsgərlər Araik Zalyan, Musa Serobyan və Razmik Sarkisyan ifadələrində batalyon komandiri kapitan İvan Qriqoryanın, zabitlər Karlen Melikyan və Ruben Baqryanın qətli törətdiklərini bildirdikdən sonra zabitlər həbs olunur. Lakin Ermənistanın Hərbi prokuroru Qaqik Cagiryan və o zamankı “Dağlıq Qarabağın Müdafiə naziri” Seyran Ohanyan istintaq prosedurunu pozaraq zabitlərin günahsız olmaları barədə bəyənat verirlər.

Çox keçmədən istintaq təqsirləndirilən şəxs qismində ifadə verən əsgərləri həbs eləyir. Kapitan İvan Qriqoryan, Karlen Melikyan və Ruben Baqryan azadlığa buraxılır. Ermənistan Hərbi məhkəməsi Xankəndində keçirilən prosesdə 3 əsgərin hər birini 15 il müddətinə azadlıqdan məhrum edir. Qərarla bağlı appelyasiya şikayəti verilir. Appelyasiya məhkəməsi isə qərarı daha da sərtləşdirərək müttəhimləri ömürlük həbs cəzasına məhkum edir. Lakin “Mataqis iş”i ilə bağlı son qərarı Kassasiya məhkəməsi verir. Hakim hər 4 müttəhimə bəraət qazandırır. Onlar məhkəmə zalından azadlığa buraxılırlar.

Robert Yeqiazaryanın və Ovsep Mkrtumyanın qatilləri bugünə qədər müəyyən olunmamış qalır. Zabitin döyüb-öldürdüyü əsgər 2009-cu il sentyabrın 6-da Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağın Əsgəran rayonunda yerləşən N33651 saylı hərbi hissəsinin müddətli hərbi qulluqçusu Aşot Ovanisyan amansızcasına qətlə yetirlir. 19 yaşlı əsgəri xidmət etdiyi bölüyün komandiri kapitan Aram Vartanyan döyərək qətlə yetirir.

Ermənistanin Qeqarkunik vilayətindən hərbi xidmətə çağırılan Aşot Ovanisyan sürücü idi və ölümcül döyülməsinə səbəb hərbi hissəyə məxsus maşını idarə edərkən normadan artıq benzin işlətməsi olur. Buna görə bölük komandiri Aram Vartanyan əsgəri yanına çağıraraq onu döyür. Hirsi soyumayan erməni zabiti növbəti gün yenə əsgəri döydükdən sonra Ovanisyanın səhhəti pisləşir. Hüquq-mühafizə orqanlarının məsələdən xəbər tutacağından narahat olan kapitan Aram Vartanyan tibb sanitarlarının sözlərinə məhəl qoymayaraq əsgəri “koptyorka” da yəni əşya anbarında gizlədir və bir əsgəri ona təhkim edir.

Tibbi xidmət görməyən əsgər Aşot Ovanisyan bir neçə gündən sonra vəfat edir. Faktla bağlı Aram Vartanyan və daha üç hərbçi həbs olunur. Postda yatan əsgər və … 2010-cu il iyulun 28-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altındakı Xocavənd rayonundakı hərbi hissələrindən birində silahlı insident baş verir. Nəticədə baş leytenant Vardqes Tadevosyan, əsgərlər Qaregin Ovsepyan, Andranik Sarkisyan, Robert Ovanisyan, Artyem Manasyan və Karo Ayvazyan həlak olurlar. Sonradan mətbuata sızan məlumatlara görə döyüş postunda yatarkən aşkar olunan Karo Ayvazyan buna görə məruz qaldığı təhqirlərə dözə biləyərək 5 nəfəri güllələyir və sonra özünə qəsd edir.

Onu da qeyd etmək lazımdır ki, insidentdə həlak olan bütün hərbiçilər, o cümlədən Karo Ayvazyan Ermənistan ərazisindəki hərbi komissarlıqlardan xidmətə çağırılıb. Təhqirə görə 4 cəsəd 2010-cu il noyabrın 19-da Azərbaycanın işğal altındakı Xocavənd rayonundakı hərbi hissələrdən birində yenidən qanlı insident baş verir. Əsgər yoldaşları tərəfindən fiziki və mənəvi təhqirlərə məruz qalan 19 yaşlı əsgər Manvel Azoyan tabeliyindəki silahdan onlara atəş açır. Nəticədə Levon Yesayan, Nerses Qaloyan, Narek Saakyan və Nver Sarkisyan həlak olur, Sarkis Melkumyan, Xaçik Aleksanyan və Masis Qriqoryan isə yaralanır. Hadisəni törədən və Ermənistanın Armavir rayon hərbi kommisarlığı tərəfindən hərbi xidmətə çağırılan Manvel Azoyan intihar etsə də sağ qalır.

Məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Manvel Azoyanın cəsədi 2013-cü il iyunun 19-da cəzasını çəkdiyi “Nubaraşen” həbsxanasında asılmış vəziyyətdə aşkar olunur. Nazirin öpdüyü əsgər 2013-cü il mayın 15-də Ermənistanın Noyamberyan rayonundakı hərbi hissələrdən birində növbəti ölüm hadisəsi baş verir. Döyüş postunda olan hərbi qulluqçular Lyuks Stepanyan və Qraçya Sarkisyan ilə David Xaçatryan arasında mübahisə yaranır.

David Xaçatryan tabeliyindəki silahdan atəş açaraq Lyuks Stepanyanı qətlə yetirir. Qraçya Sarkisyanı isə başından yaralanır. Övladının ölümünə etiraz edən yaxınları övladlarının tabutu ilə birlikdə paytaxt Yerevana doğru irəliləyirlər. Hadisə yerinə gələn Müdafiə naziri Seyran Ohanyan mərhum əsgərin valideynləri ilə görüşərək istintaqın obyektiv aparılacağına söz verir. Bundan sonra isə onlar birlikdə Lyuks Stepanyanın dəfn mərasimində iştirak edirlər. Hətta Seyran Ohanyan ölmüş əsgərin alnından öpür.

Həbs olunan David Xaçatryana qarşı cinayət məcəlləsinin “ictimai təhlükəli üsulla qətl törətmək” maddəsi ilə cinayət işi açılır. Günahları sübuta yetirilərsə onu ömürlük həbs cəzası gözləyir. Yeni qətl 2013-cü il iyunun 1-də isə Ermənistan ordusunu zabit kadrları ilə təmin edən Vazgen Sarkisyan adına Hərbi İnstitutda qətl hadisəsi baş verir. İnstitutun kursantı Sipan Movsisyan qaravul növbəsinin dəyişdirilməsi zamanı yaranan mübahisə zamanı güllələnir. Onun kurs yoldaşı Armen Melkumyan tərəfindən şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı qətlə yetirdiyi ortaya çıxır. Hərbi institutun rəhbəri Martin Karapetyan istefa ərizəsini yazsa da, Ohanyan bunu qəbul etmir.

Məsələ ilə bağlı Ermənistanın Müdafiə naziri Seyran Ohanyan Qərargah rəisi və idarə rəhbərlərinin iştirakı ilə təcili iclas çağırır. Ohanyan cinayət faktlarına qarşı profilaktik tədbirlərin aparılmasının önəmli olduğunu bildirsə də dözümsüzlüyün ermənilərin qanlarında olduğunu bildirir. “Bu dözümsüzlük, üsyankarlıq erməninin qanındadır. Əgər mən də vaxtı ilə güzəştə getməsəydim indi Allah bilir harda idim”-deyə Ohanyan etiraf edir. Ermənistan ordusunda bu kimi hallar kifayət qədərdir. Yalnız 2010-2013-cü illərdə Azərbaycanın işğal olunmuş bölgələrində 80-dən çox əsgər qətlə yetirilib. Daha çox Ermənistandan gələn əsgərlər qətlə yetirilir. Erməni mətbuatı bunu Ermənistan ermənilərinin Azərbaycanın işğal edilmiş bölgələrində hərbi xidmətdən boyun qaçırmaları ilə əlaqələndirirlər.

Vüqar İsmayılov  
Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI