Modern.az

Fərhad Əliyev: "Hakimiyyətdən heç bir vəzifə gözləmirəm" - FOTOLAR

Fərhad Əliyev: "Hakimiyyətdən heç bir vəzifə gözləmirəm" - FOTOLAR

15 Oktyabr 2013, 14:57


Prezident İlham Əliyevin dünən imzaladığı əfv sərəncamı ilə 8 illik məhbəs həyatından sonra bu gün azadlığa buraxılan Fərhad və Rafiq Əliyev qardaşları həbsxanadan birbaşa anaları Şövkət xanımla görüşməyə gəliblər. Bu barədə sabiq məhkumların yanında olan "Yeni Müsavat"ın əməkdaşı xəbər verib.  
Görüş Fərhad Əliyevin qardaşı Əlipənah Əliyevin İçərişəhərdəki evində baş tutub. 8 ildən bəri gözləri yol çəkən Şövkət xanım oğullarını böyük sevinclə qarşılayıb, göz yaşlarını saxlaya bilməyib.

Daha sonra Fərhad Əliyev və qardaşı Rafiq Əliyev Fəxri Xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarını ziyarət ediblər. APA-nın məlumatına görə, ziyarətdən sonra jurnalistlərə açıqlama verən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev bildirib ki, həbsdə olanlar azadlığın qədrini daha yaxşı bilirlər:
“Çox şükür ki, biz indi azadıq. Mənimlə bərabər 153 nəfər də azad olunub, onları da təbrik edirəm. Mənim üçün bu gün ikiqat bayramdır. Həbsdən azad olunmağıma köməklik göstərən hər kəsə və əfv sərəncamı imzalayan prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”.
Fərhad Əliyev əfv olunandan sonra vəzifəyə təyinə oluna biləcəyi ehtimalına da münasibət bildirib. O deyib ki, hakimiyyətdən heç bir vəzifə gözləmir: “Çünki bu, gözləməklə deyil. Amma bundan sonra planlarım var və harada fəaliyyət göstərməyimdən asılı olmayaraq, Azərbaycan xalqına, dövlətinə xidmət edəcəyəm”.





Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu