Modern.az

Şuşaya gedin, cənab Libbi! - ABŞ səfiri Qarabağa DƏVƏT OLUNDU

Şuşaya gedin, cənab Libbi! - ABŞ səfiri Qarabağa DƏVƏT OLUNDU

Reportaj

1 Aprel 2024, 16:32

ABŞ-ın Bakıdakı səfiri Mark Libbi son günlər Azərbaycanın müxtəlif regionlarına  səfər edərək, həmin yerlərdə çəkdirdiyi fotoşəkilləri sosial şəbəkələrdə paylaşır.

“Gəzməli yerləri görməkdən zövq alırıq” deyən səfiri Azərbaycanın regionlarında həyat yoldaşı Danusiya xanım da müşayiət edir.

Azərbaycanda rəsmi olaraq bu ilin yanvar ayından fəaliyyətə başlayan Mark Libbi artıq Bakıdakı Şəhidlər xiyabanından, İçərişəhərdən, Abşerondakı “Yanardağ”dan, Qəbələ və Şəki rayonlarından maraqlı şəkillər paylaşıb.

Modern.az saytı xəbər verir ki, sonuncu səfərini Şəki xan sarayına edən səfir Mark Libbinin sosial şəbəkədə paylaşımına Azərbaycan ictimaiyyətinin nümayəndələrindən maraqlı reaksiyalar gəlib.

Belə ki, azərbaycanlı sosial şəbəkə istifadəçiləri Mark Libbini işğaldan azad olunmuş Qarabağ torpaqlarına səfər etməyə çağırıblar.

“Gün o gün olsun ki, işğaldan azad olunmuş Şuşaya da səfər edəsiniz, cənab səfir!”, - deyə bir azərbaycanlı sosial şəbəkə istifadəçisi  Mark Libbi-yə yazıb.

“Cənab səfir Libbi, sizi Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada görməkdən şad olarıq! Sizə təklif edirəm ki, bu səfəri birlikdə həyata keçirək və bizim Şuşadakı dağımış evimizi seyr edək”, - bunu isə Amil Əsədov adlı bir şuşalı keçmiş köşkün ABŞ səfirinə ünvanlayıb.

ABŞ səfirinin paylaşımına yazılan şərhlər arasında aşağıdakı təkliflər də yer alıb:

“Xankəndiyə də gedin!”;

“Şuşaya nə vaxt gedirsiniz?”;
 
“Arada Ağdama da gedin! Başdan-ayağa dağıdılmış şəhəri seyr eləyin. Həm də orada basdırılmış milyondan çox minanı da görə bilərsiniz”;

“Sizdən Xankəndi və Şuşadan da şəkillər gözləyirik. Onda deyərik hə, siz ədalətli ölkənin səfirisiniz”;
 

“Kaş ki, Xocalıda qalıqları tapılan şəhidlərimizin dəfnində iştirak edəydiniz”;
 

“Şuşaya gedin, müəllim. Qorxmayın, arxanızda dağ kimi durmuşuq!”.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki heç bir diplomatı hələ ki, Qarabağın işğaldan azad olunmuş rayonlarına səfər etməyib. Halbuki, belə səfərlərin gerçəkləşməməsinin heç bir əsası yoxdur. Çünki, ABŞ səfirindən fərqli olaraq, Azərbaycandakı əksər xarici diplomatlar Şuşa, Ağdam, Cəbrayıl, Füzuli və Zəngilanda səfərdə olublar.

Ə.Qafarlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!