Modern.az

ABŞ səfiri nəhayət Şuşaya GETDİ - FOTOLAR

ABŞ səfiri nəhayət Şuşaya GETDİ - FOTOLAR

Reportaj

6 May 2024, 12:56

ABŞ-ın Bakıdakı səfiri Mark Libbi xanımı Danusia ilə birlikdə bu gün işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfər edib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Səfər zamanı səfir hökumət nümayəndələri ilə görüşməyi, xanımı ilə birlikdə Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Vaqif məqbərəsi ilə tanış olmağı və Cıdır düzünü gəzməyi, səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak edən yerli təhsil işçiləri ilə görüşməyi planlaşdırır.

Qeyd edək ki, Azərbaycanda rəsmi olaraq bu ilin yanvar ayından fəaliyyətə başlayan Mark Libbi ölkəmizə gəldiyi gündən müxtəlif regionlara səfər etməklə diqqət çəkib.

O, daha əvvəl Bakıdakı Şəhidlər xiyabanından, İçərişəhərdən, Abşerondakı “Yanardağ”dan, Qəbələ və Şəki rayonlarından sosial şəbəkələrdə şəkillər paylaşıb.

Azərbaycanlı sosial şəbəkə istifadəçiləri isə Mark Libbini işğaldan azad olunmuş Qarabağ torpaqlarına - Şuşaya səfər etməyə çağırmışdılar. 

Mark Libbi bir neçə gün öncə Azərbaycan mediasına açıqlamasında Şuşanı "qaytarılmış ərazi" adlandırmış və "mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm" demişdi. Səfirin bu açıqlaması Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurmuşdu.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi