Modern.az

3 qız anası olan birinci xanımın özəl həyatı mətbuata çox açıq deyil - FOTOLAR

3 qız anası olan birinci xanımın özəl həyatı mətbuata çox açıq deyil - FOTOLAR

2 Noyabr 2013, 09:53


Modern.az
 saytı “Birinci ledilər” layihəsində xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir. Növbəti yazımızda Avstraliya Respublikasının birinci ledisi – baş nazirin xanımından bəhs olunacaq.
Marqaret Ebbott Avstraliyanın birinci xanımıdı. Əvvəllər Marqaret Aitken kimi tanınsa da, indi ərinin soyadını Ebbottu daşıyır. Marqaret Ebbott haqda məlumatlar çox azdır. Xarici mətbuat birinci ledinin özəl həyatı haqda məlumatların bir o qədər də açıq olmadığını yazır.
 
Marqaret Ebbot 1958-ci il fevralın 1-də Yeni Zellandiyada anadan olub. O, yetərincə iş həyatına malik tanınmış ailədə doğulub. Ailədə Marqaretdən sonra bir qardaşı dünyaya gəlib.  Yaxınlarının sözlərinə görə, Marqaret kiçik yaşlarından çox sakit və ağıllı olub. Ən çox marağı futbola və beysbola olub. Marqaret həmişə sadəliyilə də secilib.

16 yaşında məktəbi bitirdikdən sonra Vellinkton şəhərində müəllimlər kollecinə qəbul olur. Bu təhsil ocağını fərqlənmə ilə bitirir. 7 illik musiqi məktəbində saksafon sinfinə gedən Marqaret  oranı da bitirib.

1978-ci ildə Avstraliya Maori Universitetində təhsilini davam etdirib. Universiteti bitirdikdən sonra işə götürmə agentliyində işləyib. Onun iş karyerası 1983-cü ildə Avstraliyada açdığı 'Kendel marketing'lə başlıyıb. İlk iş həyatında özünü yetərincə təsdiq edən M.Ebbott daha sonra uşaqlarına baxmaq imkanı olmayan ailələr üçün uşaq evi acır. 100-ə yaxın ailəyə kömək edir.                                                        
1988-ci ildə Sidneydə gələcək əri Toni Ebbottla tanış olub. Onda Marqaret artıq jurnalist kimi fəaliyyətə başlamışdı. Bir illik görüşdən sonra Toni Ebbottun ona evlənmək təklifi edib. 24 sentyabr 1989-cu ildə isə ailə həyatı qurublar. Bu evlilikdən ailədə üç qız doğulub - Verciniya, Amanda və Sinaya.


Marqaret əri Tonni Ebbotta siyası işlərindədə dəstək olub. Daim həyat yoldaşının yanında olan Marqaret, gələcək baş nazirlə bütün məsələlərdə birlikdə çıxış yolu tapılar. Toni Ebbott  Avstraliyanın 2009-cu ildən Leyboristlər partiyasının lideridir. O. hələ 2003-2007-ci illərdə Avstraliyanın səhiyyə naziri vəzifəsini tutub.

2013-cü il 18 sentyabr tarixindən Toni Ebbott Astraliya hökumətinin başçısı – baş nazirdir.

Toni Ebbott arvadı haqda danışarkən bunları deyib: “Marqaret mənə hər zaman dayaq olub, ən pis vəziyyətdə olduğum zaman mənə inanıb. Əgər bu gün nələrəsə sahib olmuşamsa, bunda onun da əməyi və dəstəyi çoxdu”.

3 qız anası olan Marqaret uşaqlarına vaxt ayırmagı unutmur. “Mənim üçün ailə həmişə önəmli olub, ona görə də uşaqların tərbiyəsi ilə özüm məşğul olmuşam”-deyə Astraliyanın birinci ledisi qeyd edib.

Bütün birinci xanımlar kimi Marqaret Ebbot da xeyriyyə işlərilə məşğuldur. O, hazırda Avstraliya kimsəsiz uşaqlar evinin rəhbəridir. Kimsəsiz uşaqlarla bağlı xeyriyyə işlərində qızları da ona böyük dəstək verirlər.
Birinci xanımın böyük qızı Verciniya Ebbot artıq nişanlıdır. Qısa müddətdə avstraliyalıların sevimlisinə çevrilən Marqaret deyir ki, nə qədər imkanı var, həmişə kimsəsiz uşaqların yanında olacaq, onlara dəstək verəcək.










Gülnarə Bünyatova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI