Modern.az

Yaqub Eyyubov HARALARDADI...

Yaqub Eyyubov HARALARDADI...

Reportaj

7 May 2024, 13:07

Modern.az saytında “...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.

Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov son vaxtlar gözə dəymir. O, nə rəsmi tədbirlərdə görünür, nə də Azərbaycana işgüzar səfər edən xarici vəzifəli şəxslərin qarşılanması və yola salınmasında iştirak edir.

Dövlət Protokolunun Əsas Qaydalarına uyğun olaraq, Azərbaycan Respublikasına  rəsmi və işgüzar səfər edən xarici dövlət başçıları və ali vəzifəli digər qonaqların qarşılanmasında, yola salınmasında Baş nazirin birinci müavini Yaqub Eyyubovu görməyə adət etmişik. Amma o, son günlər ali qonaqlarla yanaşı deyil.

Müşahidələrə görə, Yaqub Eyyubov sonuncu dəfə aprelin 3-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonu qarşılayıb, aprelin 5-də isə onu yola salıb.

Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gələrəkən Aeroportda onu Yaqub Eyyubov deyil, Baş nazirin müavini Şahin Mustafayev qarşılayıb.

Slovakiya Respublikasının Baş naziri Robert Fitso mayın 6-da Azərbaycan Respublikasına rəsmi səfərə edərkən də Aeroportda Yaqub Eyyubov gözə dəyməyib, ali qonağı Baş nazirin digər müavini Əli Əhmədov qarşılayıb.

Doğrudur, Dövlət Protokolunun Əsas Qaydalarına görə, Azərbaycana rəsmi, işgüzar, yolüstü və qeyri-rəsmi səfər edən ali qonaqları Baş nazirin müavinləri, xarici işlər naziri və digər vəzifəli şəxslər də qarşılaya, yola sala bilər. Amma əvvəllər bu mərasimlərdə bir qayda olaraq Yaqub müəllim diqqət çəkdiyindən, son günlərə onun yoxa çıxması bəzi suallar doğururb.

Üstəlik son günlər Yaqub Eyyubovun səhhətində problemlər yarandığı barədə söz-söhbətlər də yayılıb. Onun müalicə olunmaq üçün məzuniyyət götürdüyü deyilir.

Doğrudan da, Yaqub Eyyubov haralardadır, onun səhhəti hazırda necədir? 

Modern.az saytı təəssüf ki, Yaqub Eyyubovla bağlı Nazirlər Kabinetinin Aparatına ünvanladığı suallara cavab ala bilməyib.

Arayış: Yaqub Eyyubov hazırda 79 yaşındadır. O, 24 oktyabr 1945-ci ildə anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirib. Əmək fəalliyyətinə 1964-cü ildə leyt.Şmidt adına zavodda tornaçı kimi başlayıb. 

1997-1998-ci illərdə Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ Mədən Nəzarəti Komitəsinin sədri, 1998-1999-cu illərdə həmin komitənin sədrinin səlahiyyətlərini icra edən, 1999-cu ildən Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri olub.

1999-2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavini vəzifəsini tutub.

Yaqub Eyyubov 2003-cü ildən hal-hazıradək Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir.

1993-cü ildən hakim Yeni Azərbaycan Partiyasının üzvü olan Yaub Eyyibov “Şərəf” ordeni (2015), Rusiyanın “Dostluq” ordeni (2015), Belarusun “Şərəf” ordeni (2015), “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı (1965), V.İ. Leninin anadan olmasının 100 illiyinə görə medalı (1971) ilə təltif olunub.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi