Modern.az

Fransa səfiri Laçına getdi - FOTOLAR

Fransa səfiri Laçına getdi - FOTOLAR

Reportaj

24 May 2024, 11:32

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon işğaldan azad olunmuş Laçın rayonuna səfər edib.

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.

R.Məcis xanım diplomatın Laçından çəkilmiş şəkillərini də sosial şəbəkədə paylaşıb.

“Fransa səfirinin də Laçında şəkli oldu”, - deyə Rəşad Məcid paylaşıma şərh yazıb.

Ann Buayon 2022-ci il noyabrın 9-da Fransa prezidenti Emmanuel Makronun imzaladığı fərmanla Bakıya təyinat alıb. O, 2019-cu ildən Azərbaycanda diplomatik missiyasını başa vuran səfir Zakari Qrosu əvəz edib.

Qeyd edək ki, Fransa səfiri indiyə kimi Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə getməməklə ölkə ictimaiyyətini qınağına tuş gəlmişdi.

Səfirin Şuşa, Laçın və Qarabağın digər bölgələrinə getməməsi Ermənistanı dəstəkləyən, Qarabağın Azərbaycanın nəzarətinə keçməsini həzm edə bilməyən rəsmi Parisin siyasətindən irəli gəlirdi.

Ann Buayon bu yaxınlarda Bakı ilə Paris arasında münasibətlərin gərginləşməsi fonunda məsləhətləşmələr üçün Parisə çağırılmışdı. Fransa Xarici İşlər Nazirliyi açıqlamasında xanım diplomatın Prezident Emmanuel Makron tərəfindən qəbul edildiyini bildirmişdi.

Lakin rəsmi Paris sonradan səhvini anlayaraq, səfir Ann Buayonu yenidən Bakıya qaytardı.

Fransız diplomat Azərbaycanda olduğu müddətdə müxtəlif regionlarımızə gəzib, təəssüratlarını sosial şəbəkələrdə də bölüşüb.





Ə.Qafarlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?