Modern.az

Siyavuş Novruzovun uşaqlıq şəkli yayıldı - FOTO

Siyavuş Novruzovun uşaqlıq şəkli yayıldı - FOTO

13 Noyabr 2013, 16:48

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzovun orta məktəb şagirdi olarkən çəkdirdiyi fotoşəkil yayılıb. Modern.az bildirir ki, yay vaxtı çəkilmiş fotoda yeniyetmə Siyavuş sinif yoldaşları ilə birgə lentə alınıb. Şəkil sosial şəbəkələrdə marağa səbəb olub.

Siyavuş Novruzov 17 fevral 1969-cu ildə  Naxçıvan MR Babək rayonunun Cəhri kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra ali məktəbdə hüquq təhsili alıb.

İlk dəfə 2000-ci ildə ikinci çağırış Milli Məclisə proporsional seçki sistemi ilə çoxmandatlı seçki dairələri üzrə deputat seçilib. Həmin vaxt onun adı YAP-ın vahid seçki siyahısında İlham Əliyev və Əli Əhmədovdan sonra 3-cü yerdə idi.

2005-ci ildə isə majoritar qaydada 5 saylı Şahbuz-Babək seçki dairəsindən millət vəkili seçilib. 2010-cu il noyabrın 7-də dördüncü çağırış Milli Məclisə keçirilən seçkilərdə 3-cü dəfə mandat qazanıb, 5 saylı Şahbuz-Babək seçki dairəsindən deputat olub. O, hazırda Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, eyni zamanda parlamentin İntizam komissiyasının sədridir.


Şəkildə Siyavuş Novruzov soldan 1-cidir...

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI