Modern.az

Bir şəklin tarixçəsi: Elçibəyin sürücüsü və mühafizəçisi ilə son FOTOSU

Bir şəklin tarixçəsi: Elçibəyin sürücüsü və mühafizəçisi ilə son FOTOSU

Reportaj

24 İyun 2024, 11:52

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasının bugünkü təqdimatı Azərbaycanın eks-prezidenti, Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərhum sədri Əbülfəz Elçibəylə bağlıdır.

Bu gün - 24 iyun tarixi Əbülfəz Elçibəyin doğum günüdür.

Təqdim etdiyimiz fotoşəkildə Elçibəy, sürücüsü (solda) və mühafizəçisi (sağda) əks olunub. Bu, onların lentə alınan sonuncu birgə şəklidir.

Fotoşəkli saytımıza şərh edən Elçibəyin keçmiş mühafizəçisi Zirəddin Quliyev deyib ki, onu 24 iyun 1999-cu ildə mərhum Əbülfəz bəyin ad günüdə lentə aldırıblar:

“Bu foto Elçibəyin ad günündə çəkilib. “Azadlıq” qəzetinin fotoqrafı - rəhmətlik Elxan Kərimov çəkmişdi… Solda sürücü Xəlil, sağda mühafizəçi Zirəddin – mənəm”.

Qeyd edək ki, həm sürücüsü Xəlil Qəni, həm də mühafizəçisi Zirəddin Quliyev Əbülfəz Elçibəy Prezident olanda da onunda yanında idilər. Yəni 1992-1993-cü biri Prezidentin sürücüsü, digər mühafizəçisi idi.

İndi onlar fərqli məkandadırlar. Əbülfəz Elçibəy haqq dünyasında, sürücü Xəlil Qəni Almaniyada mühacirətdə, mühafizəçi Zirəddin Quliyev isə Azərbaycandadır.

Əbülfəz Elçibəy 1988-ci ildən sonra alovlanan milli-azadlıq hərəkatının önündə gedib. 

1992-93-cü illərdə Azərbaycan Respublikasının Prezidenti olub.

22 avqust 2000-ci ildə Türkiyədə vəfat edib. Bakıdakı Fəxri xiyabanda dəfn olunub.

Prezidentliyi müddətində ona sürücülük etmiş Xəlil Qəni Elçibəyin ölümündən sonra Almaniyaya mühacirət edib.


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Azərbaycandan Ermənistana çagırış-Bakıya gəlin!