Modern.az

Yoxsul ailədə doğuldu, valideynləri boşandı, xuliqandan kino ulduzuna çevrildi - Alen Delon

Yoxsul ailədə doğuldu, valideynləri boşandı, xuliqandan kino ulduzuna çevrildi - Alen Delon

Reportaj

18 Avqust 2024, 15:25

Fransalı məşhur aktyor Alen Delon vəfat edib.

Modern.az-ın məlumatına görə, Fransa mediası ünlü aktyorun öz evində - üç övladının əhatəsində dünyasını dəyişdiyini yazıb.

Alen Delon 8 noyabr 1935-ci ildə Paris ətrafında anadan olub. Aktyorun valideynləri onun hələ 5 yaşı da olmayanda boşanıblar.

Alen Delonun uşaqlığı çox çətin keçib, gələcək dünya kino ulduzu necə deyərlər xuliqan kimi böyüyüb. Aleni nadicliyinə və ipə-sapa yatmağığına görə, altı dəfə məktəbdən və internatdan qovublar. Anası o yeniyetmə olanda təkid etmişdi ki, Alen kolbasaçı peşəsini öyrənsin - heç olmasa bir az gəlir əldə etsin. Bununla belə, o, piştaxta arxasında işləmək məcburiyyətində qalmadı: 17 yaşında Delon donanmada xidmət etmək üçün Hind-Çinaya getdi. Xarakterli gəncin hərbi karyerası da nəticə vermədi və beş ildən sonra Parisə qayıtdı. O zaman aktyorluq təhsilindən söhbət belə getmirdi.

Pul ehtiyacı üzündən Alen bir çox peşələrdə özünü sınadı: yükləyici, ofisiant, barmen...

Xarici görünüşünə görə film səneyesindəkilərin diqqətini çəkən Alen Delonu tezliklə kinoya dəvət olunur. Uğur artıq onun tərəfində idi: dostu, məşhur rejissor İv Alleqrenin həyat yoldaşı ondan "Qadın müdaxilə edəndə" filmində oynamağı xahiş edir. Və Alen Delonun adı ilk dəfə filmin titrlərində görünür.


Ekran debütündən cəmi üç il sonra A.Delon kriminal dram “Rokko və Qardaşları” (1960) filmindəki baş roluna görə beynəlxalq səviyyədə tanınıb. 1964-cü ildə aktyor qısametrajlı filmlər üçün “Delbeau Productions” adlı kino şirkətini yaradır. 1960-cı illərin sonunda Delon yeni “Adel Film” şirkətində tammetrajlı filmlər istehsal etməyə başlayır və 1981-ci ildə o, "Polis dərisinin arxasında" kriminal döyüş filmi ilə rejissor kimi debüt edir.

“Fizionomiyamla yalnız ən məşhur filmlərimdən biri olan “Hovuz” ekranlara çıxandan sonra razılaşdım. Mənim 33 yaşım var idi. Sonra birdən başa düşdüm: Məsihin yaşı, samurayın ruhu və qəhrəman aşiqin görünüşü - bu mənim ziddiyyətim və eyni zamanda aktyorun kozırıdır" deyə Delonv Yuri Pernatyevin "50 məşhur sevgili" kitabında qeyd edib.

Bu, aktyorun personaj seçimini xarakterizə edən ən məşhur sitatlarından biridir. Ümumilikdə Delonun 100-dən çox rolu var. Onun iştirak etdiyi ən məşhur filmlər arasında “Tutulma” (1962), “Samuray” (1967), “Borsalino” (1970), “Şəhərdə iki” (1970), “Zorro” (1975), “Müsyö Klein” (1976), "Qu sevgisi" (1983) xüsusi yer tutur.

Alen Delonun əsas rollardan birini canlandırdığı "Tehran-43" (1980) detektiv filmi üç kinostudiya – “Mosfilm”, “Mediterranee Cinema” və “Pro Dis Film” tərəfindən çəkilib. Keçmiş SSRİ-də bu film üçün təxminən 100 milyon bilet satılmışdı.
Alen delon bu filmdə inspektor Foş rolunu canlandırmış və tamaşaçıların dərin rəğbətini qazanmışdı.

“Uzun illər boyu hər gün Alen Delon olmaq çətindir. Bunu anlamaq üçün gərək mənim yerimdə olasan. Ancaq etiraf etməliyəm ki, bu, çox gözəldir", - aktyor müsahibələrinin birində özündən danışarkən demişdi.

Alen Delon yaraşıqlı olduğuna görə daim qadınların diqqət mərkəzinə düşüb. Onun romantik əlaqələri barədə əfsanələr dolaşır. Alen Delonun münasibətdə olduğu ulduz xanımların böyük bir siyahısı var: Romi Şnayder, Dalida, Niko Peffgen, Mirey Dark, Rozali Van Bremen və başqlaarı...
 

Ümumiyyətlə, müxtəlif sevgi macəraları yaşayan Alen Delonun həyatında nə qədər qadının olduğunu heç aktyorun özü də bilmirdi.


Alen Delonun özünə həyat yoldaşı kimi seçdiyi yeganə qadın isə Natali Bartelemi idi. Ancaq cütlüyün Entoni  adlı oğul övladığın doğulması onların dörd il davam edən evliliklərini qoruya bilmədi.

Ümumilikdə aktyorun dörd övladı var.

90-cı illərin əvvəllərində Delon populyarlığın yeni dövrünü yaşadı. Aktyor üç uğurlu filmdə rol alıb: “Rəqs edən maşın”, “Yeni dalğa” və “Kazanovanın qayıdışı”.
 


2017-ci ilin may ayında Alen Delon kino karyerasını başa vurduğunu elan etmişdi.
Aktyor "Əlavə döyüşmək istəməyən bir boksçu kimi əlavə film çəkmək istəmirəm" söyləmişdi.

Amma o yenidən kinoya qayıtdı və Alen Delonun böyük ekranda sonuncu görünüşü 2019-cu ildə "Tam oxşarlıq"  filmində oldu. Həmin ilin may ayında o, 72-ci Kann Film Festivalında fəxri “Palma budağı” ilə təltif edildi.
 

Ömrünün son illərində kino ulduzu nadir hallarda ictimaiyyət qarşısına çıxır və tənha həyat tərzi keçirirdi.

“Mənim həmişə çətin xarakterim olub”, - deyə o, son illərdəki yaşayışından danışarkən bildirmişdi.


2019-cu ildə Alen Delon insult keçirdikdən sonra həyatında ağır günlər başlamışdı.

2022-ci ilin mart ayında 86 yaşlı aktyor evtanaziyaya getməyə qərar verdiyini açıqlamışdı. Delonun o zaman yaşadığı İsveçrədə buna icazə verilirdi.
 

Alen Delon 2024-cü il avqustun 18-də vəfat etdi. Onun 88 yaşı var idi.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi