Modern.az

Birinci xanım prezidentdən ayrı yaşayır - Yelena Zelenskaya ETİRAF ETDİ

Birinci xanım prezidentdən ayrı yaşayır - Yelena Zelenskaya ETİRAF ETDİ

Reportaj

18 Avqust 2024, 17:52

Ukraynanın birinci xanımı Yelena Zelenskaya etiraf edib ki, sevdiyi insanı nadir hallarda görür.

O, açıq şəkildə bildirib ki, həyat yoldaşı, prezident Vladimir Zelenskiyə münasibəti və hissləri çox dəyişib. Son 2 ildə nadir görüşlərə və məhdud ünsiyyətə baxmayaraq, onların evliliyi daha da möhkəmlənib.

Modern.az-ın məlumatına görə, birinci xanım “Daily Mail”ə müsahibəsində deyib ki, onların 20 illik münasibətləri çətin dövrdə daimi dəstək və bir-birini başa düşməsi sayəsində daha da yaxşılaşıb.

Yelena Zelenskayanın sözlərinə görə, onların ünsiyyəti daha emosional olub və heç vaxt bir-birlərindən yorulmurlar.

"Düşünürəm ki, bir-birimizi ümid etdiyimiz şəkildə dəstəklədiyimiz üçün daha yaxın və bağlı olduq. Mən onu ruhdan salmadım, o da məni heç vaxt ruhdan salmadı. Biz bir-birimizi istədiyimiz qədər tez-tez görmürük, buna görə də hər görüş sevincdir. Bir-birimizdən heç vaxt yorulmuruq və bu, ailəni daha da gücləndirir", - Zelenskaya deyib.


24 fevral 2022-ci il tarixindən sonra həyat yoldaşları ayrı yaşayırlar. Əvvəllər, Yelenanın dediyi kimi, Vladimiri həftədə cəmi bir neçə saat görürdü, lakin o, indi daha tez-tez şəxsən ünsiyyət qura bildiklərini etiraf edib.

"Müharibə şəraitində olan ölkədə yaşayan heç bir insan üçün bu, normal həyat deyil. Bu, daimi psixoloji yük və təzyiqdir. Ümid edirəm ki, bu təzyiq aradan qalxdıqda, qələbəmiz gerçəkləşəndə hər şey yaxşı olacaq. Amma məncə, biz bir-birimizi çox yaxşı başa düşürük , çünki onun dürüstlüyünə inanmasaydım, hətta böyük sevgi ilə də onunla qalmaq çox çətin olardı”, - deyə Zelenskaya vurğulayıb.


Dövlət başçısının xanımı böyük müharibə zamanı həyat yoldaşı və onun əməlləri ilə fəxr etdiyini vurğulayıb.
 

Yelenanı təslim olmamağa həvəsləndirən prezidentdir və xanımı isə daim Vladimir dəstəkləyir ki, o, güclü və möhkəm qalsın:

“Müharibənin başlanğıcındakı dəhşətli günlərdə, həftələrdə və aylarda onun özünü necə aparacağına bir saniyə belə şübhə etmirdim. Amma mən onun möhkəmliyi ilə daha da fəxr edirəm. Bu uzun bir marafondur. Bir dəfə cəsarət göstərmək mümkündür - bəzən qəza da ola bilər. Ancaq ümumi bir məqsədə çatmaq üçün daim bütün gücünüzü və enerjinizi sərf etdiyiniz zaman, daha çox şey tələb olunur. O, öhdəsindən gəlir və dua edirəm ki, gücünü itirməsin, çünki ona olduğu kimi ehtiyacımız var: güclü və inadkar”.

Cütlük iki uşaq böyüdür: 11 yaşlı oğlanları Kirill və 19 yaşlı qızları Alexandra. Qız artıq tələbə olub və paytaxt universitetlərindən birində oxuyur.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi