Modern.az

Azərbaycan kinosunun ƏCNƏBİ QƏHRƏMANLARI - “Ad günü”ndəki Əli - FOTOLAR

Azərbaycan kinosunun ƏCNƏBİ QƏHRƏMANLARI - “Ad günü”ndəki Əli - FOTOLAR

7 Dekabr 2013, 13:46

Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.

Modern.az saytı “Azərbaycan kinosunun əcnəbi qəhrəmanları” adlı rubrikasında oxuculara milli filmlərimizdə əsas rolların ifaçıları olmuş xarici aktyor və aktrisalar haqqında məlumatın təqdimatına davam edir. 

Yəqin ki, yaşlı və orta nəsildən az adam tapılar ki, məşhur “Ad günü” filminə baxmasın. Son illər bu film Azərbaycan telekanallarında dəfələrlə nümayiş etdirildiyindən elə gənc nəsil də onu yaxşı xatırlayar.

Lirik-psixoloji film həqiqi dostluq haqqındadır. Filmi "Dost haqqında söhbət" də adlandırmaq olar. Kinolentin qəhrəmanları bizim müasirlərimizdir: müxtəlif xarakterli, müxtəlif dünyagörüşlü insanlardır. Burada əxlaqi-etik məsələlərə toxunulur, müasirlərimizin mənəvi aləminin zənginliyi tədqiq edilir

1977-ci ilə Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilın “Ad günü” filmi yazıçı Rüstəm İbrahimbəyovun "Ad günü" və "Ezamiyyət" hekayələri əsasında ekranlaşdırılıb.  Ssenari müəllifi Rüstəm İbrahimbəyov, quruluşçu rejissor isə Rasim Ocaqovdur.

“Azərbaycanfilm” kinostudiyasında çəkilən “Ad günü” bədi filmində əsas qəhrəmanlardan biri Əlidir. Əli rolunu oynayan aktyor obrazı elə maraqlı və ustalıqla canlandırıb ki, Azərbaycan tamaşaçısı onun əcnəbi olduğunu ağlına belə, gətirməz.


“Ad günü” filmində əsas obrazlardan biri olan Əli rolunu o canlandırıb – tanınmış gürcü aktyoru  David Uplisaşvili.

David Uplisaşvili 1946-сı ildə anadan olub. 1968-ci ildən Tbilisidəki Şota Rustaveli adına teatrın aktyorudur.
Aktyor 10-a yaxın filmdə çəkilib və bir-birindən maraqlı rollar oynayıb.

O, "Ad günü" filmindəki Əli obrazını yaratdığına görə, Azərbaycan Dövlət Mükafatı laureatıdır. David Uplisaşvili həm də Gürcüstanın əməkdar artisti,

Müsahibələrinin birində “Ad günü”nə çəkilməyindən danışan David Uplisaşvili filmi ekranlaşdıran mərhum Rasim Ocaqovu böyük rejissor adlandırıb.  O, bu film sayəsində çoxlu azərbaycanlı dostlar qazandığını vurğulayıb

David Uplisaşvili deyib ki, Əli roluna görə layiq görüldüyü Azərbaycan Dövlət Mükafatı laureatı dilpmunu ona mərhum eks-prezident Heydər Əliyev şəxsən təqdim edib.

“Heydər Əliyev mükafatı mənə təqdim edəndə belə dedi: “Mən bilmirdim ki, sən gürcüsən. Azərbaycanlı obrazını elə yaratmısan ki, elə bildirim ki, sən bizim aktyorsan. Bu mənim üçün çox yaxşı komliment idi”.

Qeyd edək ki, David Uplisaşvilinin canlandırdığı Əli rolunu “Ad günü” filmində mərhum aktyorumuz Şahmar Ələkbıərov səsləndirib.

Hazırda 67 yaşı olan Rustaveli adına teatrın aktyoru David Uplisaşvili deyir ki, bu gün də Azərbaycandan təklif alsaŞ məmuniyyətlə razılaşar.








A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu