Antiterror əməliyyatlarında şəhid olan hərbi qulluqçularımızın məzarları ziyarət olunur
Modern.az xəbər veriri ki, ötən il sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirilən antiterror əməliyyatlarında şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunur.
Şəhidlərin yaxınları, ictimaiyyət nümayəndələri, eləcə də hökumət rəsmiləri İkinci Şəhidlər xiyabanına gələrək burada dəfn olunan şəhidlərin məzarlarına qərənfillər düzür, əklil qoyur, onların xatirələrini ehtiramla yad edirlər.