Modern.az

“Moldova ombudsmanı da burda olub” – “Qarabağ”dan REPORTAJ

“Moldova ombudsmanı da burda olub” – “Qarabağ”dan REPORTAJ

13 Dekabr 2013, 12:15

 Tarixən ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım, təcavüzkar siyasətinin  nəticəsində Azərbaycan torpaqları ərazi bölgüsünə məruz qalıb. 19-cu əsrdən başlayaraq mərhələli şəkildə  etnik təmizləmə siyasətinin aparılması 20-ci əsrin sonunda misli görünməmiş qəddarlıq, insan həyatına edilən amansız qəsd, qeyd-şərtsiz torpaqların işğal edilməsi, maddi- mədəniyyət nümunələrinin vandalizmə məruz qalması ilə nəticələndi. Bu yaxınlarda Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında “Qarabağ Araşdırmalar Mərkəzi” yaradılıb. Mərkəzlə tanışlıq zamanı Qarabağın tarixi, mədəniyyəti, dünəni və bu günü haqqında geniş informasiya əldə etmək mümkün olacaq. Ən əsası azərbaycanlılara qarşı erməni qəsbkarlığı elmi kitablar, araşdırmalar toplusu halında Qarabağ Araşdırmalar Mərkəzində yer alıb.

 

 

 

Qarabağa gedən yol və yaxud da  

 

Elə bir azərbaycanlı tapılmaz ki, Qarabağla bağlı nəyisə xatırlamasın. Əsrarəngiz iqlimi ilə göz oxşayan Qarabağ diyarı ilə kontakt münasibətlərimiz 20 ildən artıqdır ki, alınmır. Bu sahədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin irəli sürdükləri təkliflər, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair sazişlərin imzalanması, münaqişənin sülhə dayanıq formada həll olunması ətrafında  gedən siyasi proseslərin miqyası genişdir. Məsələnin ictimai səviyyədə həll olunmasına gəlincə, “Qarabağ Araşdırmalar Mərkəzi”nin müdiri Elçin Əhmədov Modern.az-a açıqlamasında bu mərkəzi açmaqda münaqişənin beynəlxalq səviyyədə tanınmasını istədiklərini dedi. “Qarabağ  Araşdırmalar Mərkəzi” oktyabrın 4-də Dağlıq Qarabağın Azərbaycanlı İcmasının təşəbbüsü ilə yaradılıb. Türkiyənin bir neçə universiteti ilə təşəbbüs əldə edilib. Qarabağın tarixi mədəniyyəti və digər sahələrini əhatə edən həm Türkiyə alimlərinin həm də Azərbaycan alimlərinin məqalələri olacaq. Bu Mərkəzi açmaqda məqsədlərimiz bir qədər də genişdir. Tarixdə azərbaycanlılara qarşı soyqırım siyasəti aparılıb. Bu günə qədər də bəzi dövlətlərin bu hadisəyə münasibəti ürəkaçan deyil. Çalışacağıq ki, bu mərkəz vasitəsilə xarici ölkələrlə əlaqələr quraq”


 

Gənclərin Qarabağa baxışı necədir?

 

“Qarabağ Araşdırmalar Mərkəzi”nin müdiri Elçin Əhmədov gənclərin mərkəzə axınının güclü olduğunu deyir. “Bu mərkəzin Azərbaycan ictimaiyyətində indiki və gələcək nəsillər üçün möhkəm milli yaddaş formalaşdırmağına çalışırıq. Gənclərimiz  ermənilərin azərbaycanlılara qarşı Xocalı soyqırımı ilə məhdudlaşmamalıdırlar. Qarabağ Araşdırmalar Mərkəzində tarixi xronika öz əksini tapır. Çünki bədnam qonşularımızın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti mərhələli olub. Azərbaycanın bir neçə universitetinin mərkəzə gəlişi gənclərin  Qarabağla və erməni vəhşiliyi ilə bağlı bilgiləri  bir qədər də əyani vəsaitlər  sayəsində genişlənir”.

  

 

Silsilə erməni terroru

 

Böyük Ermənistan ideyasını  reallaşdırmaq üçün müxtəlif vasitələrdən istifadə edən ermənilərin . 1905-06-cı ildən başlayaraq ardıcıl surətdə prosesi davam etdirməsi geniş şəkildə “Qarabağ Araşdırmalar Mərkəzi”ndə əksini tapıb. Tarixən erməni terroru  mərhələli şəkildə baş verib. Mərkəz açılandan xarici ölkələrdən gələn qonaqlar erməni vəhşiliyilə yerindəcə tanış olur. Mərkəzə daxil olanda  münaqişə ilə bağlı burda elə bir kitab yoxdur ki öz əksini tapmasın. 200-ə qədər müxtəlif dildə erməni terroru ilə bağlı filmlər və elmi kitabların elektron variantı var. Elçin Əhmədov ayda iki dəfə Qarabağ müzakirələrinin aparılmasını  məqsədəuyğun hesab edir. “Yaxın zamanlarda bu məsələnin reallaşmasına çalışacağıq. Çox istərdik ki, müxtəlif qurumlardan gənclər gəlsin, onlar burda təmsil olunsun.  Bu birbaşa onların informasiya bazasının genişlənməsinə şərait yaradacaq. Azərbaycandan kənarda  erməni vəhşiliyini  faktlarla sübut  etmək mümkün olacaq”


 

Aurelio Qriqoriu Qarabağ Mərkəzində olub  

Qarabağ Araşdırmalar Mərkəzində uşaqlara qarşı zorakı münasibətlərin, insanlığa yaraşmayan davranış  hadisələri silsilə kitablar şəklində müxtəlif dillərdə çap olunub. Elçin Əhmədov xarici ölkələrdən gələn nümayəndələrdən də danışdı. “Xarici ölkələrin Azərbaycanda olan səfirliyi də bu məsələyə çox ciddi yanaşırlar. Hətta, bu yaxınlarda moldovalı Ombudsman Aureliyo Qriqoriu Qarabağ Araşdırmalar Mərkəzində olub. O xanım Azərbaycan, Dağlıq Qarabağ barədə çox məlumatlıdır. Onun sayəsində moldovalı səfirliyimiz bu mərkəzə materiallar göndərdi. Bura gələndə Dağlıq Qarabağ icmasında onunla görüş oldu. Amma biz istədik ki, o parlamentdə etdiyi çıxışları öz gözü ilə görsün. Buna görə də biz Xocalıdan olan iki ayağını itirmiş qadın və Şuşadan bir qolunu itirmiş qadınla görüşdürdük. Xanım Aurelio həmin hadisələri necə ki parlamentdə bütün dünyaya obyektiv şəkildə işıqlandırıb bəyan elədi. Burda da həmin qadınlarla görüşəndə də gözlərindən kədər hiss olundu. Təbii ki, xanım Aurelio məlumatlı idi. Sadəcə üzbəüz göstərməyimiz daha münasib idi. Bütün materiallar “Qarabağ Araşdırmalar Mərkəzi”ndə toplanıb”.

 



 

  Namidə BİNGÖL  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI