Modern.az saytı ictimai, siyasi, ədəbi, mədəni və idman sahələrindəki “Tanınmış cütlüklər”lə bağlı rubrikasını davam etdirir.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çüngiz Hüseynzadə mediada tez-tez göründüyündən onu tanıyanlar az deyil. Çingiz müəllimin xanımı da öz sahəsində kifayət qədər tanınmış simadır. Söhbət ARDNŞ-nin vitse prezidenti Rəfiqə Hüseynzadədən gedir.
Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Muxtar oğlu Hüseynzadə 15 ilə yaxındır Milli Olimpiya Komitəsinin vitse-prezidenti vəzifəsində çalışır. Bu vəzifəyə gəlməzdən öncə isə Prezidentin İcra Aparatında çalışıb.
Ç.Hüseynzadə Milli Olimpiya Komitəsinin 3 vitse-prezidentindən biri olmaqla yanaşı, həm də MOK-un İcraiyyə Komitəsinin üzvüdür.
O, filologiya elmləri doktorudur.
Rəfiqə Abdul Ağa Hüseynzadə 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu (Dövlət Neft Akademiyası) bitirib. 1985-1999-cu illərdə Azərbaycan Dövlət Universitetində çalışıb. 1999-2011-ci illərdə isə ARDNŞ-nin təsis etdiyi “Azlab” MMC-nin baş direktoru olub.
Ölkə prezidentinin müvafiq sərəncamı ilə 2011-ci ildən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ekologiya üzrə vitse - prezidentidir. Eyni zamanda BDU-nun “Faydalı qazıntılar” kafedrasında 2001-ci ildən elmi fəaliyyətini davam etdirir. 60-a yaxın elmi məqalənin müəllifidir. 1997-ci ildə Hyustonun HARC elmi-tədqiqat Mərkəzində (TEXACO şirkətinin dəvəti ilə) çalışıb. Norveçdə - Tronheym şəhərində “Geolab” şirkətində treyning keçmiş, “Statoyl” şirkətinin “Reserch Center” mərkəzində çalışıb. 2004-cü ildə “Bone and Robertson” şirkətinin təşkil etdiyi rəhbərlik kurslarının sertifikatını alıb. Rus, ingilis və türk dillərini bilir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Modern.az
***
Həmçinin oxu:
“Tanınmış cütlüklər” - Arif Alışanov və Mehriban Alışanova - Yeni RUBRİKA
//modern.az/articles/48620/1/