Modern.az

"Muradına doğru gedən adam..." - Murad Babayev haqqında film - VİDEO

"Muradına doğru gedən adam..." - Murad Babayev haqqında film - VİDEO

Reportaj

17 Dekabr 2013, 13:57

Azərbaycanın mərhum eks-baş prokuroru Murad Babayev haqqında “Muradına doğru gedən adam” adlı film şəkilib. Film atalarının unudulmamını istəyən mərhumun övladları Nərgiz və Kamran Babayevlərin təşəbbüsü ilə lentə alınıb. Film Youtube.com sosial şəbəkəsində yerləşdirilib.

Qızı Nərgiz Babayeva Modern.az saytına bildirib ki, 46 dəqiqəlik film Murad Babayevin ömür yolundan bəhs edir.

N.Babayeva onu da deyib ki, yanvarın 6-da Murad Babayevin vəfat etməsinin 1 ili tamam olacaq. Bununla əlaqədar Təzəpir məscidində yas mərasimi təşkil olunacaq.

Xatırladaq ki, Azərbaycanın keçmiş baş prokuroru Murad Babayev 2013-cü il yanvarın 6-da qəfil ürəktutmasından dünyasını dəyişib. O, Bakının Binəqədi rayonundakı qəbiristanlıqda dəfn olunub.   

Murad Köçəri oğlu Babayev 1951-ci il 10 dekabr tarxində Cəbrayıl rayonunun Şükürbəyli kəndində Sosialist Əməyi Qəhrəmanının ailəsində dünyaya gəlib. 1968-1973–cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.  
1973-cü ildə Binəqədi rayonunda təcrübəçi müstəntiq,1977-80-ci illərdə Bakı şəhərində açılmamış ölüm üzrə baş müstəntiq, 1982-ci ilin noyabr ayında Mingəçevir şəhərində prokuror vəzifəsində çalışıb. 1987-ci il martın 31-də 36 yaşında Azərbaycan Respublikası Baş prokurorun birinci müavini təyin edilib. 26 noyabr 1991-ci ildə isə ölkənin Baş prokuroru vəzifəsinə təyinat alıb. 1992-ci ilin sonunda Baş prokuror vəzifəsindən azad edilib.
1993-cu ilin fevralında isə Bakı şəhər nəqliyyat prokuroru təyin edilib. 7 il bu vəzifədə işləyəndən sonra təqaüdə çıxıb.
Təqaüdə çıxandan sonra M.Babayev Təfəkkür Universitetində Hüquq fakültəsində kafedra müdiri vəzifəsində çalışırdı.



Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Putinin köməkçisinin Qarabağ yalanı - Bakıdan sərt REAKSİYA