Modern.az

İosif Stalin: ziddiyətli və müəmmalı... - MARAQLI

İosif Stalin: ziddiyətli və müəmmalı... - MARAQLI

Reportaj

20 Dekabr 2013, 23:02

Mixail Şoloxov: “Bu həqiqətdir, pərəstiş var idi, amma, şəxsiyyət də var idi” 

1879-cu ilin dekabrın 21-də kiçik bir gürcü əyalətində dünyaya göz açan İosif Stalinin vəfatından 60 il ötsə də, vaxtilə “Xalqın atası” adını qazanan bu şəxsiyyət haqqında fikirlər və mülahizələr müxtəlifdir. Onun haqqında deyilənlər və yazılanlar birmənalı deyil. Bu da Stalin şəxsiyyətinin ziddiyətli və müəmmalı olmasını bir daha sübut edir. İllər ötdükcə Stalin haqqında yeni fikirlər söylənilir, yeni faktlar aşıqlanır. Çörçil demişkən: “Sezar və Napoleon kimi Stalinin də şəxsiyyəti və sirri dünyanı həmişə məşğul edəcək”. 

Əslində İosif Stalin özü də ziddiyətli insan olduğunu, gələcəkdə onun haqqında mübahisəli, qalmaqallı söhbətlərin yaranacağını, hadisələrin cərəyanını yəqin ki, bilməmiş deyildi. Təsadüfi deyil ki, 1943-cü ildə Stalin öz qeydlərinin birində yazırdı: “Mən bilirəm ki, ölümümdən sonra mənim məzarıma çoxlu sayda zibil atacaqlar, amma tarixin küləyi amansızcasına onları dağıdacaq”.

Maraqlıdır, bəs görəsən Stalinin məcazi mənada işlətdiyi “zibil” və onu dağıdacaq “külək” sonradan öz əksini necə tapır?

1953-cü ilin martın 5-də Stalin beyninə qansızma nəticəsində vəfat edir. Rəhbərin ölümünü xalq kütlələri sözün əsl mənasında göz yaşları ilə qarşılayır. Stalinin cəsədi Lenin mavzoleyinə qoyulur və həmin mavzoley Lenin və Stalin mavzoleyi adlandırılır. Bir müddət keçdikdən sonra Stalin hakimiyyəti haqqında kifayət qədər sərt və ciddi ittihamlar səslənməyə başlayır. Xüsusilə də həmin dövrdə hakimiyyətdə olan Xruşşovun Stalin haqqında şəxsiyyətə parəstiş məsələsi qaldırıldıqda bu ittihamlar daha kütləvi şəkil alır. Təbii ki, Xruşşovun Stalinə qarşı bu münasibəti də səbəbsiz deyildi. Müharibə vaxtı Xruşşovun içkiyə aludə olmuş oğlu sərxoş vəziyyətdə zarafat edərkən təsadüf nəticəsində silahla öz yavərini öldürür. Bu məsələni Stalinə çatdırırlar. Sözsüz ki, Stalin rejimində və müharibə dövründə Xruşşovun oğlunu ağır cəza gözləyir. Çıxılmaz vəziyyətdə qalan Xruşşov Stalinin yanına gəlir və cəzanın yüngülləşdirilməsini xahiş edir. Stalin onu cərimə batalyonuna göndərir. Az bir vaxtdan sonra Xruşşovun oğlu əsir düşür və almanların arasında antisovet təbliğatı aparır. Bu məsələdən xəbər tutan Stalin partizanlar vasitəsi ilə onu satqınlığına görə öldürtürür. Baş verənləri yaddaşından silməyən Xruşşov Stalinin şəxsiyyətə parəstiş məsələsini o qədər şişirdir ki, 1961-ci ilin oktyabrın 31-də Stalinin cəsədi mavzoleydən çıxarılır. Şahidlərin dediklərinə görə bu proses gecə həyata keçirilir, elə gecə yarısı da mavzoleyin üstündən Stalin sözü elə ustalıqla silinir ki, hətta diqqətlə nəzər yetirdikdə orda həmin adın yazılması hiss olunmur.

Bütün bunlarla yanaşı, Stalin şəxsiyyətinə qəlbən bağlı insanlar da çox idi. Ən azı ona görə ki, alman faşizmi üzərində böyük qələbə Stalinin adı ilə bağlı idi, ən azı ona görə ki, müharibədən sonrakı çətin dövrdə insanların sosial rifahı üçün “Xalq ata”sı önəmli qərarlar verirdi.

Çox qəddar və mürəkkəb səxsiyyət kimi tanınan Stalinin özünəməxsus təvazökarlığı və sadəliyi də olub. Böyk qələbədən sonra Siyasi Büro Stalini Sovet İttifaqı Qəhrəmanı fəxri mükafatına təltif edir. Ancaq o, ömrünün sonuna qədər “Qızıl Ulduz”u öz üstündə gəzdirmir. Hətta bu təltifdən əsəbləşən rəhbər Siyasi Büronun iclaslarının birində büro üzvlərini “saray yaltaqları” adlandırır.

Dövrünün ən nəhəhg siyasi xadimlərindən sayılan İosif Stalin bütün siyasi fəaliyyəti dövründə, o cümlədən İkinci Dünya Müharibəsində, ondan iki il sonra başlanan Böyük Vətən Müharibəsində öz inanılmaz və ağlagəlməz siyasi gedişləri ilə siyasi müstəvidə öz liderliyini sübut etməyi bacarıb.

Adəti üzrə ən mötəbər beynəlxalq müşavirələrə belə gücikən, və yaxud da yubanan Stalin hər dəfə iclas zalına daxil olanda ən böyük dövlət rəhbərlərinin ayağa qalxması siyasi rəqibləri qarşısında Stalin şəxsiyyətinin məğlubedilməzliyinin təsdiqi idi.

Stalinlə eyni dövrdə rəhbər vəzifələrdə işləyənlər sonradan öz xatirələrində onun hədsiz dərəcədə, bəlkə də qədərindən də çox zəhmli və tələbkar olmağı xüsusilə vurğulanır. Hətta onun məmurlarla zarafatlarının da bəzi hallarda hansısa bir yüksək çinlinin həyatında ciddi porlem yaratdığı qeyd olunur. Belə zarafatların ən populyarlarından biri Anastas Mikoyanla bağlıdır. Stalinin istirahət və əyləncəsini təşkil etmək missiyasını daşıyan Mikoyan məclislərdə gürcü şərabının təsirindən özünü bir az “ərköyün” aparmağa başlayanda Stalin ona yarızarafat, yarıciddi sual ünvanlayırmış: “Anastas, mən bildiyimə görə Bakı komissarlarının sayı 26 yox, 27 olub. Sən bilmirsən o 27-ci kimdir?”.

Mikoyanı şərabın təsirindən ayıltmaq üşün bu sual kifayət idi.

İnsanların göz yaddaşında əynində kitel, əlində qəlyan kimi qalan İosif Stalin ən mühüm müqavilələrə və sazişlərə imza atarkən qəlyanını üç dəfə sümürərmiş. Tədqiqatçıların fikrinə görə, həmin kiçik zaman məsafəsi Stalinin beyninin ən dəqiq və məhsuldar işləyən vaxtı sayılır.

İlk baxışdan adama fiziki cəhətdən çox ağır bir insan təəssüratı bağışlayan nəhəng siyasətçi öz çevikliyi ilə də ətrafdakıları təəccübləndirib.

Yeddi dəfə həbs olunan İosif Stalin bu həbslərin beşindən qaçmağa müyəssər olub.

SSRİ-ni xışla qəbul edib, atomla təhvil verən İosif Stalin haqqında zaman keçdikcə dünyanın tanınmış siyasətçiləri tərəfindən yeni-yeni mənfi və mübət mülahizələr səslənəcək. Ancaq bu mülahizələrin arasında nəhəng siyasi xadim olan Çörçilin fikirləri daha maraqlıdır:

“Rusiya üçün böyük xoşbəxtlikdir ki, ağır sınaq illərində ona yenilməz sərkərdə, dahi Stalin başçılıq etmişdir. Stalin - bizim qəddar zəmanənin, onun bütün həyatının keçdiyi dövründə enerjiyə, biliyə, dəmir iradəyə malik sərt, kəskin, amansız bir şəxs idi və İngiltərə parlamentində tərbiyə almış mən onunla rəqabətdə heç nə edə bilmirdim”.

İlham Cəmiloğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI