Modern.az

Payız libasına bürünmüş Zəngilandan FOTOLAR

Payız libasına bürünmüş Zəngilandan FOTOLAR

29 Noyabr 2024, 11:08

Bir vaxtlar adından həsrətlə söz açdığımız, görüntülərini internet üzərindən axtardığımız doğma yurd yerimiz Zəngilan indi özünün yeni dövrünü – azadlığının sevincini yaşayır.

Zəngilanın təbiəti ilin hər fəslində gözəldir. Payızda isə bir başqa olur. Sarı-qırmızı rənglərin palitrası onun görünüşünü daha heyranedici edir. Yağış yağır, xəzan yelləri əsib göylərə ucalan palıdların qızılı yarpaqlarını yerə tökür, axan çayların, bulaqların şırıltısı sanki “payız romansı”nı zümzümə edir, təkrarsız payız lövhələri isə könül oxşayır.

Modern.az AzərTac-a istinadən Zəngilandan payız görüntülərini təqdim edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?