Modern.az

Cəbrayıla qar yağdı - FOTOLAR

Cəbrayıla qar yağdı - FOTOLAR

Reportaj

6 Fevral 2025, 11:52

Qışın oğlan çağı işğaldan azad olunmuş Cəbrayıl rayonunda da özünü göstərir. Modern.az-ın məlumatına görə, fevralın 6-da rayon ərazisinə qar yağıb, hər tərəf təbiətin ağ örpəyionə bürünüb.

Qeyd edək ki, Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Cəbrayıl rayonunun mərkəzində yenidənqurma, tikinti işləri aparılır. Böyük Qayıdış çərçivəsində rayon mərkəzində məskunlaşma həyata keçirilir.

Sonuncu köç yanvarın 18-də olub, bu mərhələdə Cəbrayıl şəhərinə 42 ailə - 206 nəfər köçürülüb.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.






 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi