Hərbçilər sərt həyat yaşamaqla mülki vətəndaşlardan həmişə fərqləniblər. Elə vaxtilə xüsusi təyinatlı polis dəstəsinə rəhbərlik etmiş mərhum polkovnik Rövşən Cavadov kimi...
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu nadir foto Əfqanıstanda çəkilib. Başına ənənəvi əfqan papağı – “pakol” qoyan Azərbaycan xüsusi təyinatlı polislərinin o vaxtkı rəhbəri Rövşən Cavadovdur.
90-cı illərin əvvəllərində Əfqanıstana yollanmış R.Cavadovla birgə o vaxtki prezident Elçibəyin müşaviri Nihat Çətinkaya da vardı. Azərbaycan nümayəndə heyəti mücahid hökumətinin bir çox rəsmiləri, o cümlədən səhra komandiri general Rəşid Dustumla rəsmi danışıqlar aparmışdı.
Modern.az