Nüfuzlu “Forbes” jurnalı dünyanın ən varlı adamlarının reytinqini hazırlayıb.
Modern.az xəbər verir ki, nəşr 2025-ci ilin varlıları siyahısına 3028 milyarderin adını daxil edib. Onların hər biri ən azı 1 milyard dollar və ya daha çox sərvətə malikdirlər.
Dünya zənginlərinin ümumi sərvəti 2024-cü ildəkindən təxminən 2 trilyon dollar artaraq 16,1 trilyon dollara çatıb.
ABŞ-da rekord sayda - 902 milyarder var. İkinci yerdə Çin milyarderləri (516 nəfər), üçüncü yerdə Hindistan milyarderləri (205) gəlir.
Dünyanın ən varlı adamlarının reytinqində lider dəyişib. Bir il əvvəl siyahıya “Louis Vuitton Moët Hennessy” şirkətinin prezidenti Bernard Arnault başçılıq edirdi. 2025-ci ildə fransızın sərvəti 233 milyard dollardan 178 milyard dollara qədər azalıb və o, 5-ci yerə düşüb.
2025-ci ildə dünyanın ən varlı adamı kimi 1-ci yeri “Tesla” və “Space X” şirkətlərinin, eləcə də X sosial şəbəkəsinin sahibi amerikalı İlon Mask tutur. Onun sərvəti 195 milyard dollardan 342 milyard dollara yüksəlib.
İkinci yeri 216 milyard dollarla Mark Zukerberq (Rusiyada ekstremist kimi tanınan və fəaliyyəti qadağan edilmiş “Meta” şirkətinin sahibi) tutub.
Üçüncü yeri “Amazon” onlayn mağazasının sahibi Ceff Bezos (215 milyard dollar) tutub.
Dünyanın ən varlı 10 adamının siyahısını təqdim ediirk:
1. İlon Mask - 342 milyard dollar (“Tesla” və “Space X” şirkətlərinin, eləcə də X sosial şəbəkəsinin sahibi, ABŞ)
2. Mark Zukerberq - 216 milyard dollar (“Meta” şirkətinin sahibi, ABŞ)
3. Ceff Bezos - 215 milyard dollar (“Amazon” onlayn mağazasının sahibi, ABŞ)
4. Larri Ellison - 192 milyard dollar (“Oracle”ın baş direktoru, ABŞ)
5. Bernard Arnault - 178 milyard dollar (“Louis Vuitton Moët Hennessy” şirkətinin prezidenti, Fransa)
6. Uorren Baffet - 154 milyard dollar (“Berkshire Hathavay” şirkətinin baş direktoru, ABŞ)
7. Larri Peyc – 144 milyard dollar “Google” şirkətinin həmtəsisçisi, ABŞ)
8. Sergey Brin – 138 milyard dollar (“Google” şirkətinin həmtəsisçisi, ABŞ)
9. Amansio Orteqa – 124 milyard dollar (“Inditex” şirkətinin təsisçisi (“Zara”, “Massimo Dutti” və s. brendlər), İspaniya)
10. Stiv Balmer - 118 milyard dollar (“Microsoft” şirkətinin keçmiş baş direktoru, ABŞ)
A.Qorxmaz